12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyanın ali hərbi rəhbərliyi nüvə silahından istifadəni müzakirə edib
Tarix: 02-11-2022 18:45 | Bölmə: Slayd
Rusiyanın ali hərbi rəhbərliyi nüvə silahından istifadəni müzakirə edib

Rusiya Federasiyasının ali hərbi rəhbərliyi Ukraynada nüvə silahından istifadə məsələsini müzakirə edib. Məlumata görə, bu danışıqlar ABŞ prezidenti Co Bayden administrasiyasında təşvişə səbəb olub.

Reyting.az
xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.

Qəzet Rusiyanın nüvə ritorikasının artması və döyüş meydanında uğursuzluqlar fonunda baş tutan danışıqlarda prezident Vladimir Putinin iştirak etmədiyinə aydınlıq gətirir. “Ancaq Rusiya hərbi rəhbərliyinin müzakirə aparması, hətta Bayden administrasiyasını təşvişə salıb, çünki bu, rus generallarının döyüş meydanındakı uğursuzluqlarından nə qədər məyus olduqlarını göstərir”, - məqalədə vurğulanır.

Qeyd olunur ki, bu müzakirələr Putinin nüvə silahından istifadə ilə bağlı hədələrinin sadəcə söz ola bilmədiyini göstərir.

Bununla belə, ABŞ rəsmiləri Rusiyanın nüvə silahlarını daşıdığına və ya zərbəyə hazırlaşmaq üçün addımlar atdığına dair heç bir sübut görmədiklərini bildiriblər.

Nəşrin məlumatına görə, Rusiya hərbi rəhbərliyi arasında nüvə silahı ilə bağlı danışıqlara dair məlumatlar oktyabrın ortalarından ABŞ hökuməti daxilində “dolaşır”.

Eyni zamanda, ABŞ rəsmiləri hərbi liderlər tərəfindən nəzərdən keçirilən nüvə silahından istifadə ssenarilərini təsvir etməyiblər.

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiya hərbi rəhbərləri arasında söhbətə dair hesabatın təfərrüatlarının şərhindən imtina edib.

“Biz əvvəldən bildirdik ki, Rusiyanın nüvə silahının potensial istifadəsi ilə bağlı şərhləri dərin narahatlıq doğurur və biz bunları ciddi qəbul edirik. Biz bunu bacardığımız qədər izləməyə davam edirik və Rusiya Federasiyası belə bir tətbiqə hazırlaşır”, - Kirbi qeyd edib.

Rusiya tərəfi isə hələlik bu məlumatı şərh etməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər