12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Əliyev ilə Paşinyan Gürcüstanda sülh sazişi imzalayacaq?
Tarix: 03-11-2022 11:40 | Bölmə: Slayd
Əliyev ilə Paşinyan Gürcüstanda sülh sazişi imzalayacaq?

Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstanda görüşü gözlənilir.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə Ermənistan KİV-ləri çıxış edib.

Bildirilir ki, iki ölkə liderinin görüşündə sülh dövrünün başlanğıcı üçün sənədin imzalanması istiqamətində fəal hazırlıqlar başlayıb.

Erməni mənbələri iddia edir ki, bu sənədin imzalanması Ermənistanın Qarabağdan rəsmi və qəti şəkildə imtinası demək olacaq.

Qeyd olunur ki, sənədlə İrəvan Qarabağın işlərinə qarışmamaq öhdəliyi götürəcək, bölgənin etnik erməni əhalisi Ermənistan vətəndaşlığından və maliyyələşmədən məhrum ediləcək.

Məlumata görə, təkcə hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə idarəetmə sisteminin maliyyələşməsi dayandırılacaq. Ermənistan yalnız xeyriyyə və sosial xarakterli layihələri, məsələn, uşaq bağçasının sökülən divarının rənglənməsini həyata keçirmək hüququ əldə edəcək. Bundan savayı istənilən fəaliyyət separatizm və terrorizmi himayə etmək və maliyyələşdirmək kimi qiymətləndiriləcək.

Qarabağın erməni əhalisinin yalnız iki seçimi olacaq - ya onlar Azərbaycan vətəndaşlığını alıb öz yaşayış yerində yaşamağa davam edəcəklər, ya da Ermənistan vətəndaşları kimi Qarabağı tərk edəcəklər.

Qeyd olunur ki, Azərbaycan tərəfi 1992-ci ilə qədər azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrinin dərhal Ermənistanın nəzarətindən çıxarılmasını tələb edir. Bu, ilk növbədə Xocalıya aiddir. İlham Əliyev üçün Xocalıya ayaq basmaq Şuşa və ya Laçın kimi simvolik olacaq.

Odur ki, İlham Əliyev də öz növbəsində Soçidə bu sənədin imzalanmasının mümkünlüyünü nəzərə alaraq söyləmişdi ki, Qarabağ münaqişəsi artıq mövcud deyil, həll olunub və bu mövzuda hər hansı müzakirə ola bilməz.

Rusiya sülhməramlı qüvvələrinə gəlincə, erməni mənbələri bildirir ki, Ermənistan əhalisinin bir hissəsi Qarabağı tərk etdikdən və qalan hissəsi Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra onların bölgədə qalmaları tamamilə mənasız olacaq.

“Hraparak” qəzetinin yazdığına görə, Azərbaycan elan edəcək ki, Qarabağdakı ermənilər onun öz ölkəsinin vətəndaşlarıdır, onların hüquq və təhlükəsizliyini müstəqil şəkildə təmin etmək iqtidarındadır.




Bölməyə aid digər xəbərlər