10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Putinin milyarder dostu ölkədən qaçıb - Fotolar
Tarix: 15-11-2022 13:59 | Bölmə: Slayd
Putinin milyarder dostu ölkədən qaçıb

Rusiya lideri Vladimir Putinin xüsusi masajçısı, Kremlin bir çox sirlərini bilən Konstantin Qoloşçapov Rusiyanı tərk edib.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, Putinə ən yaxın adlardan biri, onun “xüsusi masajçısı” Konstantin Qoloşçapov Belarusa qaçıb.

Bildirilir ki, Putinin və Rusiyanın bəzi şəxslərinin sirrini bildiyi güman edilən Qoloşçapov iyul ayında oğlunun avtomobili ilə ölkəni tərk edib, 4 gün sonra isə onun 29 yaşlı oğlu “müəmmalı səbəblərdən” ölü tapılıb.

67 yaşlı Qoloşçapov ölkəni tərk etdikdən sonra Rusiya hakimiyyəti onun investisiya, su və elektriklə bağlı şirkətlərində araşdırmaya başlayıb. Mənbələr deyir ki, şirkətlərinə mənimsəmə ittihamı ilə basqın ediləcəyindən qorxan Qoloşçapovun Belarusa getdiyi güman edilir.



Rusiya mətbuatına danışan mənbələr qaçışı yenicə üzə çıxan Qoloşçapovun Putinin şəxsi sirlərini bilən azsaylı insanlardan biri olduğuna diqqət çəkib. Milyarder iş adamının bildiyi çox özəl məlumatlara görə qorxudan qaçdığı, oğlunun ölümünün də bununla bağlı ola biləcəyi iddia olunur.

Putin kimi döyüş idmanı ilə maraqlanan Qoloşçapov da Rusiya liderinin yaxın dostlarından olub. Bildirilir ki, Yunan və Xorvatiya pasportlarına da sahib olan Qoloşçapov bir müddət Putinin bel ağrısının müalicəsinə də kömək edib.

Ona yaxın olan bir çox adlar Putinin hakimiyyəti dövründə hökumətin dəstəyi ilə sərvət qazansa da, son vaxtlar bəzi şəxslərə qarşı korrupsiya iddiaları ilə bağlı araşdırmalar aparılıb. Rusiya hökumətinin bu araşdırmalardan siyasi təzyiq və iqtisadi manipulyasiya üçün istifadə etdiyi də məlumdur.





Bölməyə aid digər xəbərlər