10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Sorğu: respondentlərin 94,7 faizi İlham Əliyevə etibar edir
Tarix: 17-11-2022 10:55 | Bölmə: Slayd
Sorğu: respondentlərin 94,7 faizi İlham Əliyevə etibar edir

Sosial Tədqiqatlar Mərkəzi rəy sorğusu keçirib.

Qurumun İdarə Heyətinin sədr müavini, deputat Elşad Mirbəşiroğlu "İnam İdeksi" jurnalının 8-ci sayının təqdimatında deyib ki, rəy sorğusu vətəndaşların Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin hakimiyyətin digər qollarına, parlament, məhkəmə təsisatlarına, yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə, yerli icra hakimiyyəti orqanlarına olan inam və etimadının öyrənilməsi məqsədi ilə keçirilib.

Reyting.az
-ın məlumatına görə, E. Mirbəşiroğlu bildirib ki, sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında keçirilib və 1068 respondentin rəyi öyrənilib.

Onun sözlərinə görə, rəyi soruşulanların 94,7 faizi prezident İlham Əliyevə etibar etdiyini söyləyib. Cəmi 2,9 faiz respondent əsasən etibar etmədiyini, 1,3 faiz respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0,5 faizi bu barədə mövqe bildirməkdə çətinlik çəkib.

Rəyi soruşulanların, təxminən, 91 faizi isə Birinci vitse-prezident Mehriban Əliyevaya etibar etdiyini, etimad göstərdiyini vurğulayıb.

E. Mirbəşiroğlu əlavə edib ki, respondentlərin 31,6 faizi Milli Məclisə tam etibar etdiyini, 31,7 faizi əsasən etibar etdiyini bəyan edib:

"Respondentlərin 9,8 faizi qanunverici orqana əsasən etibar etmədiyini, 22,3 faizi isə heç etibar etmədiyini bildirib. 4,7 faiz respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 30,4 faizi məhkəmələrə tam, 28,8 faizi isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 11,1 faizi əsasən etibar etmədiyini, 20,7 faizi isə heç etibar etmədiyini qeyd edib".




Bölməyə aid digər xəbərlər