12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

1937-ci ildən axtarılan qadın... - Nüvə reaktoru da 85 illik sirri aça bilməyib
Tarix: 19-11-2022 15:47 | Bölmə: Slayd

“Onun yeganə arzusu Atlantik okeanı keçmək və rekorduna yeni rekord əlavə etmək idi. Ancaq bu, onun son səfəri oldu. İllərdir araşdırılıb, yox olması ilə bağlı onlarla nəzəriyyə irəli sürülüb. Bəziləri “agent idi, sağdır”, bəziləri “kokos xərçəngi yedi”,- deyib”.
Reyting.az-ın təqdim etdiyi həyat hekayəti ölümündən sonra da mükafatlar almağa davam edən Amelia Earhartla bağlıdır:
Amerika aviasiya tarixində qadınların qabaqcıllarından biri olan Amelia Earhart 1928-ci ildə Atlantik okeanını keçən ilk qadın olub. Onun hələ gənc yaşlarında səmaya məftunluğu sonradan daha da artıb və rekordlar qırmağa başlayıb. Təqvimlər 1937-ci ili göstərəndə o, ən böyük rekord cəhdi üçün yola çıxıb və bir daha geri qayıtmayıb.
Bəs səmaya olan ehtirası ilə bir çox insanı ruhlandıran Earhartla bağlı nə baş verib?
Amelia Meri Earhart 24 iyul 1897-ci ildə ABŞ-ın Kanzas ştatının Atçison qraflığında anadan olub. 1918-ci ildə Birinci Dünya Müharibəsi gündəmdə idi. Earhart məktəbi ataraq Spadina Hərbi Bərpa Xəstəxanasında könüllü tibb bacısı olmaq üçün Torontoya gedib. O, Torontoda olduğu günlərdə pilotları izləmək üçün tez-tez hərbi aerodromlara baş çəkib. 1920-ci ildə Earhart atası ilə Lonq-Biçdə (Kaliforniya) hava şousunda iştirak edib. Burada tanış olduğu pilot Frank Havk onun həyatını tamamilə dəyişdirəcək bir təyyarə səyahətinə çıxarıb.

Amelianın təyyarələrə olan heyranlığı ilk baxışdan sevgi deyildi. Uçuş ideyasına həvəslənən və zamanla qərarını verən Earhart pilot təhsili almaq üçün yük maşını sürücüsü kimi müxtəlif işlərlə məşğul olaraq pula qənaət edib. Sonra o, qadın pilotdan onu öyrətməsini xahiş edib və Lovadakı ilk qadın aviator Neta Snook Southernin tələbəsi olub. 25-ci ad günündə anası və bacısının köməyi ilə “Kanarya” adlandırdığı ilk təyyarəsini alıb.
Amelia Earhartın aviasiya sahəsində ortaya çıxması çox çəkməyib. Uçuşa başladıqdan cəmi bir il sonra o, Los-Ancelesin Rogers aerodromunda rekord cəhddə iştirak edib. Orada 14.000 fut hündürlükdə uçaraq qadın pilotlar arasında hündürlük rekorduna imza atıb. O zaman Earhart beynəlxalq pilot lisenziyası alan 16 qadından biri idi. 1928-ci ilin iyununda sərnişin təyyarəsinə minən Amelia Earhart sərnişin təyyarəsində ən uzaq məsafəyə (20 saat) uçan ilk qadın olub. Atlantik okeanını 20 saata keçən Amelia səfərdən sonra ABŞ-a qayıdıb. Hətta prezident tərəfindən Ağ evə ziyafətə dəvət olunub. Orada ona öz təcrübəsini təsvir etdiyi bir kitab yazmağı təklif ediblər. Earhart bu təklifi qəbul edib və ilk kitabı - “20 saat 40 dəqiqə” nəşr olunub.
Amelia bu illər ərzində dünyada bir çox rekordlar qırıb. Rekord cəhdlərindəki uğurları onu hər gün daha da gücləndirib. 1931-ci ildə ona hər zaman dəstək olan jurnalist Corc Putnamla evlənib.
Təqvimlərin 1932-ci ili göstərərkən Amelia daha əvvəl sərnişin kimi səyahət etdiyi Atlantik okeanına yenidən getsə də, bu dəfə təyyarəni təkbaşına idarə edib. Tarixdə bu uğura imza atan ilk qadın olduğuna görə o, “Milli Coğrafiya Cəmiyyətinin Qızıl Medalı”na və bir sıra fəxri fərmanlara layiq görülüb. Elə həmin il o, təkbaşına Şimali Amerikanı keçərək geri qayıdan ilk qadındır.
Rekordlar qırarkən və kitablar yazarkən Amelia Purdue Universitetinin təhsil fakültəsində karyera və aviasiya üzrə məsləhətçi kimi xidmət edib. Earhartın aviasiyada rekordlar qırması, nəticədə onu daha böyük bir rekord arzusuna vadar edib. Bu dəfə onun məqsədi Atlantik okeanını tək keçmək olub. Hazırlıqlardan sonra Amelia Earhart 1937-ci ildə həmkarı Fred Noonan ilə iki mühərrikli təyyarə ilə dünya turuna çıxıb. İkili rekord üçün Mayamidən ayrılsa da, təəssüf ki, bir daha geri qayıtmayıb.
2 iyul 1937-ci ildə, 40 illik yubileyinə cəmi 22 gün qalmış Earhart Yeni Qvineyadan Holand adasına yola düşüb və bu, səyahəti ən təhlükəlisi hesab edib.
ABŞ hökuməti tərəfindən Hovland adasında uçuş zolağı tikilib. Sahil mühafizə gəmisi İtaska Earharta kömək etmək üçün adanın yaxınlığında yerləşdirilmişdi. İtaska Earhartın son uçuşu gecəsi onunla ara-sıra radio əlaqəsi saxlayıb, lakin son mesajını 2 iyul 1937-ci ildə səhər saat 8:44-də, Earhart və Noonan havaya qalxdıqdan təxminən 20 saat sonra alıb. Amma onların başına hansı işin gəlməsi barədə heç bir qeyd yox idi.
ABŞ Hərbi Dəniz Qüvvələrinin geniş axtarışı iki ildən çox çəkib. Lakin iki pilotun izi tapılmayıb.
Araşdırmalar nəticəsində ABŞ hökuməti Earhart və Noonanın 1939-cu ildə öldüyünü elan edib. Rəsmi açıqlamaya görə, yanacağı bitən təyyarədəki iki pilot Sakit okeanın şimal-qərbinə düşərək okeanın dərinliklərinə batıb.

Ancaq pilotların ölümünə əmin olmayanların böyük əksəriyyəti fərqli nəzəriyyələr irəli sürüb.
Bir nəzəriyyə, Earhart və Noonanın Sakit okeandakı Nikumaroro adasına qəza enişi etdiyi və kokos xərçəngləri tərəfindən öldürülmüş ola biləcəyi idi.
Başqa bir nəzəriyyə, Earhart və Noonanın yaponlar tərəfindən qaçırılmış ola biləcəyi ilə bağlıdır.
İddialara görə, iki pilot kursdan ciddi şəkildə yayınaraq Marşal adaları yaxınlığında qəzaya uğrayıb. Yaponlar tərəfindən xilas edilən pilotlar hərbi əsir kimi qəbul edilərək Saipandakı düşərgəyə göndərilib. Orada Noonan edam edilib, Earhart isə 1939-cu ildə malyariya və ya dizenteriyadan ölüb.
Nəzəriyyə müxtəlif təfərrüatları ehtiva etsə də, iki pilotun yaponlar tərəfindən qaçırılması ehtimalı ilə bağlı heç bir təfərrüat yox idi.
Üçüncü nəzəriyyə Earhartın casus olması ehtimalı ilə bağlıdır. İkinci Dünya Müharibəsindən əvvəl yaponlar haqqında məlumat toplamaq üçün göndərilən və Amerika casusu olduğu iddia edilən Earhart əslində ölməmiş, uzun illər gizli yaşamışdır.
İllər ərzində Amelia Earhart və Fred Noonanın müəmmalı şəkildə yoxa çıxmaları ilə bağlı çoxlu araşdırmalar aparılıb. İlk çaşdırıcı tədqiqat hadisədən bir neçə il sonra 1940-cı ildə Nikumaroro adasında bəzi sümük qalıqlarının tapılması ilə başlayıb. Beynəlxalq Tarixi Təyyarə Bərpa Qrupunun (TIGHAR) tapdığı sümüklərin o illərdə axtarılan Amelia Earharta aid ola biləcəyi düşünülürdü. Amma araşdırmalar sümüklərin Earharta aid olmadığını göstərib. 2018-ci ildə sümüklərin illər əvvəl çəkilmiş fotoşəkilləri inkişaf edən texnologiyadan istifadə olunaraq yenidən araşdırılıb. ABŞ-ın Tennessi Universitetindən professor Riçard Jantz təkrar tədqiq edilən sümüklərin Earharta aid olma ehtimalının çox yüksək olduğunu, lakin qəti bir nəticəyə gəlmədiyini bildirib.
Tapılan sümüklərə əlavə olaraq, 1940-cı illərdə adada iki pilotun olduğu təyyarəyə aid ola biləcək bir parça tapılıb. Həmin illərdə digər parça axtarılsa da, heç bir nəticə əldə edilməyib.

Lakin keçən il nüvə alimləri 1937-ci ildə dünyanın ən böyük həll olunmamış itkinlərindən birini həll etmək üçün yeni texnoloji üsuldan istifadə ediblər. Penn State Universitetinin alimləri Nikumaroro adasında tapılan fraqmentin Earhartın “Lockheed Model 10-E Electra”-ya aid olub-olmadığını müəyyən etmək istəyiblər. Bu məqsədlə onlar güclü şüalar göndərən və aşkar edilmiş hissəni təhlil edərək adi gözlə görünməyən boya hissəciklərini və ya korroziyanı aşkar edən Breazeale Nüvə Reaktorundan istifadə ediblər. Nəticə etibarı ilə tədqiqatçılar “bu parçanın nə olduğu haqqında daha çox məlumat lazımdır”,- deyib. Nüvə alimlərinin araşdırmaları hələ yekun nəticəyə gəlməyib.
Qeyd edək ki, rekordlarla dolu bir həyatı olan Earhart ölümündən sonra da çoxsaylı mükafatlar almağa davam edib. O, 1968-ci ildə Milli Aviasiya Şöhrət Zalına və 1973-cü ildə Milli Qadın Şöhrət Zalına daxil edilməklə şərəfləndirilib. Karyerası və cəsarəti ilə bir çox qadına ilham verən Earhartın hekayəsi filmlərə mövzu olub. İki pilotun müəmmalı şəkildə yoxa çıxması və əslində onların başına gələnlər hələ də araşdırılır.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Bu gün, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb