10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Professor: “İsraildə səfirliyimizin, Fələstində diplomatik nümayəndəliyimizin açılması...”
Tarix: 20-11-2022 12:17 | Bölmə: Slayd
Professor: “İsraildə səfirliyimizin, Fələstində diplomatik nümayəndəliyimizin açılması...”

“Azərbaycanın İsraildə səfirlik açması bir qədər gecikmiş qərardır. Amma indiki zaman daha münasib olduğu üçün belə qərar verilib. Uzun illərdir ki, İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Həm də uzun müddətdir ki, Azərbaycan və İsrail arasında çoxtərəfli - iqtisadi, ticari, təhlükəsizlik, deyərdim ki, siyasi əlaqələr mövcuddur. Ötən il Azərbaycanın Təl-Əvivdə ticarət nümayəndəliyi açılıb. Yəni İsrail-Azərbaycan əlaqələrini gücləndirəcək bu addım iki ilə yaxındır ki, atılıb. İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi lazımdır və bu, hər iki xalqın maraqlarına uyğundur. Səfirliyin açılması da bu prizmadan qiymətləndirilməlidir. Çünki maraqlarımız bunu tələb edir. Üstəlik, İsrail bizə müttəfiq ölkədir”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli deyib.

Q. Hüseynli bildirib ki, Azərbaycan İsraildə səfirlik açmaqla yanaşı Fələstində də nümayəndəlik açmaq qərar verib: “Yəqin ki, yaxın gələcəkdə İsraildə səfirliyimiz, Fələstində isə nümayəndəliyimiz fəaliyyətə başlayacaq. Bu, bir növ tarazlayıcı addımdır”.

Professorun fikrincə, Azərbaycanın bu qərarı həm regional münasibətlər baxımından müsbət qərardır, həm də İsrail və Fələstində diplomatik nümayəndəliyimizin açılması beynəlxalq münasibətlərin indiki durumu və perspektivləri üçün yaxşı düşünülmüş addımdır.

Q. Hüseynli diqqətə çatdırıb ki, azərbaycanlılar və yəhudilər arasında tarixi dostluq mövcuddur, ölkəmizdə yəhudilər hər zaman sülh və sabitlik şəraitində yaşayıblar. Onun sözlərinə görə, hazırda İsraildə yaşayan və bir zamanlar Azərbaycanda yaşamış yəhudilər bu yaxşılığı unutmur, daima Azərbaycanı müdafiə edirlər: “44 günlük savaş zamanı, ona qədər də İsraildən dəstək görmüşük. İndi atılan addımlar Azərbaycan dövlətinin maraqlarını tam təmin edir. Diplomatik əlaqələrin tam işə düşməsi ölkələr arasında əlaqələri daha da inkişaf etdirəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər