Çin ABŞ-ı təşvişə salıb - İki ölkə rəhbərinin görüşündən sonra nüvə gəmisi ortaya çıxıb
Tarix: 21-11-2022 19:22 | Bölmə: Slayd
Çin ABŞ-ı təşvişə salıb - İki ölkə rəhbərinin görüşündən sonra nüvə gəmisi ortaya çıxıb

Çinə məxsus 6 nüvə sualtı qayığına yerləşdirilən yeni raketlər Vaşinqtonla Pekin arasında gərginliyi artırıb. ABŞ tərəfi həmin raketlərin öz ərazilərinə çata biləcəyindən narahatdır.

Reyting.az
xəbər verir ki, Çinin nüvə sualtı qayıqlarına yerləşdirdiyi yeni nəsil uzaqmənzilli ballistik raketlər ABŞ ərazilərinə çatacaq məsafədədir.

“The Telegraph” qəzeti yazır ki, Pekinin nüvə enerjisi ilə işləyən 6 sualtı qayığının hamısı 12 min 500 km mənzilli “JL-3” raketləri ilə təchiz edilib. Eyni raketlərin əvvəlki versiyası olan “JL-2”, Çin sularından Alyaskanın bəzi hissələrinə gedə bilən 7,2 km məsafəyə sahib idi. “JL-2” raketlərinin ABŞ-ı təhdid etməsi üçün raketləri daşıyan sualtı qayıqlar Havay adaları yaxınlığında okeana çatmalı idi, lakin “JL-3”-lər Çinin ABŞ torpaqlarına zərbə endirmə qabiliyyətini xeyli artırıb.



ABŞ Sakit Okean Donanmasının komandanı admiral Sem Paparo deyib ki, bu raketlər ölkəsini təhdid etmək üçün yerləşdirilib.

Paparo sözügedən sualtı qayıqlardan hər hansı birinin Havay adaları sahillərində üzməsi ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

Xatırladaq ki, ABŞ və Çin prezidentlərinin görüşməsinə baxmayaraq, ondan əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Vaşinqton-Pekin münasibətlərini gərginləşdirmişdi.

Münasibətlərin ağır vəziyyətini göstərən təfərrüatlar Co Baydenin Balidə G20 sammitində çinli həmkarı Si Cinpinlə görüşündən bir neçə gün sonra ortaya çıxıb.



ABŞ Strategiya Komandanlığının rəhbəri, admiral Çarlz Riçard mart ayında Senata “JL-3”-lər barədə xəbərdarlıq etdikdən sonra Pentaqon ən azı bir ildir ki, yeni raketlərin yerləşdirilməsinə hazırlaşır.

Çin yeni raketləri ilə bağlı heç bir açıqlama verməsə də, çinli analitiklər ABŞ-ın Çinin normal milli müdafiə inkişafını şişirtdiyini bildirirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}