07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Rusiya daha böyük problemlə üzləşir
Tarix: 22-11-2022 15:38 | Bölmə: Slayd
Rusiya daha böyük problemlə üzləşir

Rusiyanın Ukrayna ilə müharibəsi ölkə iqtisadiyyatını böyük borc bataqlığına sürükləyir. Rusiyanın 2023-cü ildə hərbi büdcəni ən azı 40 faiz artacağı təxmin edilir. Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyanın “qaynar pula” ehtiyacı yaranıb.

Reyting.az
xəbər verir ki, həm Ukrayna ilə müharibə, həm də Qərbin sanksiyaları Rusiya üçün iqtisadi təsirlərini daha çox göstərməyə başlayıb. Müharibənin ağır yükünü daşımaqda çətinlik çəkən Rusiya, 1918-ci ildən bəri ilk dəfə borcunu ödəmək problemi ilə üzləşib.

İngiltərə Müdafiə Nazirliyinin son hesabatında bildirilir ki, Rusiya istiqraz sataraq 12 milyard avro əldə edib.

Ötən həftə ölkə iqtisadiyyatı bu ilin ikinci rübündə 4,1 faiz, üçüncü rübdə isə daha 4 faizlik azalmadan sonra rəsmi olaraq tənəzzül dövrünə qədəm qoyur.

Müharibədən sonra yüzlərlə iri şirkətin ölkədən getdiyi, ixracda böyük azalmaların olduğu qeyd edilir.

Müharibədən qaynaqlanan neft və qaz satışı Rusiyanı bu il ayaqda saxlasa da, ölkə hazırda əsasən ABŞ və Avropa Birliyinin (AB) embarqosu altındadır və gəlirlərin 2023-cü ildə də azalacağı gözlənilir.

“Consensus Economics” yazır ki, Rusiya iqtisadiyyatının il ərzində 4,6 faiz kiçilməsi və üç ildən sonra ikinci resessiyaya girmə ehtimalı var. Azalma əvvəllər proqnozlaşdırılandan daha sürətlidir və COVİD-19 tənəzzülündən fərqli olaraq, çıxış yolunun daha çətin olduğu bildirilir.

Rusiyanın Ukraynadakı müharibəsinin dəqiq dəyərini hesablamaq çətin olsa da, “Forbes”in avqust ayında apardığı təhlillər göstərir ki, Rusiya ən azı 15 milyard avro dəyərində avadanlıq itirib. Bu rəqəmlər Xarkovdakı məğlubiyyət və ya Xersondan geri çəkilmə üçün vəziyyət nəzərə alınmazdan əvvəl hesablanıb.

Mütəxəssislərin fikrincə, müharibənin real dəyəri, məsələn, sanksiyalar, iş həyatında fasilələr və əmək qabiliyyətli kişilərin itkisi, itirilmiş avadanlıqdan daha çox təsir edir.

Rusiyaya tətbiq edilən sanksiyalarla ölkədə idxal və ixrac demək olar ki, dayanıb. Müharibədə lazım olan inventarların dəyişdirilməsində gecikmələr gözlənilir, çünki müdafiə sənayesi üçün lazım olan materialların alınması da problemə çevrilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}