DTX Naxçıvanda əməliyyat keçirib, saxlanılanlar var
Tarix: 23-11-2022 15:49 | Bölmə: Slayd
DTX Naxçıvanda əməliyyat keçirib, saxlanılanlar var

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib.

Reyting.az
xəbər verir ki, əməliyyat Naxçıvandakı sərhəd gömrük keçid məntəqələrində aparılıb.

Saxlanılan şəxslərin olduğu bildirilir.

Məlumata görə, hazırda Naxçıvan MR-in sərhəd gömrük məntəqələrində də istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}