12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putinin nüvə silahı taktikası Lukaşenkonu yeni problemlə üzləşdirib
Tarix: 27-03-2023 00:05 | Bölmə: Slayd
Putinin nüvə silahı taktikası Lukaşenkonu yeni problemlə üzləşdirib

Rusiyanın nüvə silahları Belarus ərazisinə yerləşdirilsə, bu ölkəyə əlavə sanksiyalar tətbiq olunacaq. “Reytinq” qəzeti xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) nümayəndəsi Cozef Borrell sosial şəbəkə hesabında yazıb.

C. Borrell qeyd edib ki, Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsi məsuliyyətsiz eskalasiyadır və Avropanın təhlükəsizliyinə təhdiddir. Onun sözlərinə görə, Belarus Rusiyanın bu addımını dayandıra bilər, əks təqdirdə Avropa İttifaqı buna növbəti sanksiyalarla cavab verəcək.

Xatırladaq ki, bundan əvvəl prezident Vladimir Putin bildirib ki, uzun müddətdir prezident Aleksandr Lukaşenko ilə Rusiya taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsinin mümkünlüyünü müzakirə edirlər.

Onu da qeyd edək ki, ABŞ da bu məsələyə reaksiya verib. Ağ Ev iddia edir ki, hələlik V. Putinin Belarusda nüvə silahı yerləşdirmək vədini yerinə yetirdiyinə dair heç bir əlamət yoxdur.

Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CBS telekanalına müsahibəsində "Biz onun (Putini nəzərdə tutur-red.) bu vədi yerinə yetirdiyinə və ya hər hansı nüvə silahını daşıdığına dair heç bir əlamət görmədik",- deyib.

Bayden administrasiyasının rəsmisi əlavə edib ki, ABŞ bu məsələni izləməli olacaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər