12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Prezident Administrasiyası Qarabağda yaşayan ermənilərə növbəti təklifini göndərib
Tarix: 27-03-2023 10:35 | Bölmə: Slayd
Prezident Administrasiyası Qarabağda yaşayan ermənilərə növbəti təklifini göndərib

Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir.




Bölməyə aid digər xəbərlər