12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənistan Ukraynaya qarşı savaşda Rusiyanın texniki-təchizat mərkəzidir
Tarix: 27-03-2023 12:59 | Bölmə: Slayd
Ermənistan Ukraynaya qarşı savaşda Rusiyanın texniki-təchizat mərkəzidir

Ermənistanın Ukrayna müharibəsində Rusiyaya köməklik etməsi yeni məsələ deyil. Hərbi ekspert Aqil Rüstəmzadə Reyting.az-a deyib ki, artıq bu məsələdən Avropa mediası da yazır.

Onun sözlərinə görə, nüfuzlu bir Avropa nəşri Rusiyanın Ukraynaya təcavüzündə Ermənistanın Kremlə dəstəyini ifşa edib.

A. Rüstəmzadə xatırladıb ki, hələ sentyabr ayında ABŞ Maliyyə Nazirliyi erməni şirkətinin Rusiya hərbi sənayesi üçün xarici avadanlıqların alınmasında iştirakı ilə bağlı ətraflı məqalə yazıb.

Ekspert qeyd edib ki, oktyabr ayında “Bloomberg” nəşri Rusiya hərbi texnikasında istifadə üçün Avropa avadanlıqlarının komponentlərinin Ermənistan vasitəsilə çatdırılmasından bəhs edib.

A. Rüstəmzadə bildirib ki, dünya mətbuatının yazdığına görə, Ermənistan təkcə logistika mərkəzi deyil, həm də Ukraynaya qarşı müharibədə Putin rejiminə dəstək verən hərbi-texniki təchizat mərkəzidir. Eyni zamanda Ermənistan İrandan silah daşımaq üçün əlverişli tranzit bazaya çevrilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər