12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Prezident nazir müavini təyin edib - Foto
Tarix: 27-03-2023 13:12 | Bölmə: Slayd
Prezident nazir müavini təyin edib

Bu gün prezident İlham Əliyev sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin edilib.

Vüqar Mustafayev 1986-cı ildə Bakıda anadan olub, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Mühəndis iqtisadiyyatı və idarəetmə" (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində "Maliyyə və kredit" ixtisası üzrə magistr təhsili alıb, “Biznesin idarə edilməsi" (MBA) dərəcəsi əldə edib.

V. Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-2012-ci illərdə “Ernst & Young" beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə "Azerfon" MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə "PAŞA Holdinq" MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lərin Təftiş Komissiyalarının sədri olub.





Bölməyə aid digər xəbərlər