12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənistandakı Rusiya ordusu döyüşə hazır vəziyyətə gətirilib
Tarix: 27-03-2023 17:11 | Bölmə: Slayd
Ermənistandakı Rusiya ordusu döyüşə hazır vəziyyətə gətirilib

"Rusiya xüsusi təyinatlılarının Ermənistanın dağlıq rayonlarında nə işi var?".

Bunu Reyting.az-a BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi deyib.

O, əlavə edib ki, bu barədə ermənilərin "Hraparaq" (Meydan) saytı xəbər yayıb.

Alim erməni mediasından sitat da gətirib:

"Məlumatda deyilir ki, Ermənistan Respublikasında Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin hərbi bazasının xüsusi təyinatlı dəstələri və ordu aviasiya ekipajları, 120-dən çox hərbi pilotları cətin hava şəraitində və yüksək dağlıq ərazilərində hərbi kompleks təlimləri keçirlər".

İ. Tanrıverdi diqqətə çatdırıb ki, erməni mətbuatı belə, bu məşqlərin intensivliyi və kompleks məşqlərin həcminin genişlənmə səbəbinin hələ heç kimə məlum olmadığını yazıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər