12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Bolton: “Putin nüvə silahı ilə ciddi problem yaradacaq”
Tarix: 28-03-2023 11:50 | Bölmə: Slayd
Bolton: “Putin nüvə silahı ilə ciddi problem yaradacaq”

ABŞ liderinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Con Bolton Rusiya prezidentinin Belarus ərazisinə nüvə silahı yerləşdirmək barədə qərarına münasibət bildirib.

Reyting.az
-ın xəbərinə görə, C. Bolton bu barədə “The Hill” nəşrinə açıqlama verib.

Tanınmış siyasətçi deyib ki, V. Putin Belarusda taktiki nüvə silahı yerləşdirmək planından danışanda, heç də zarafat eləmir:

“Putin, çox güman ki, əvvəllər Vaşinqtonu “atom qılıncı” ilə hədələyəndə zarafat edirmiş. İndi isə o, həqiqətən də Belarusa kütləvi qırğın silahı göndərə bilər və bu, ayrıca, çox ciddi problemin yaranacağından xəbər verir”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər