12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Livan mediası: Türkiyə hərbçilərini Suriyadan geri çəkməyə hazırlaşır
Tarix: 28-03-2023 12:30 | Bölmə: Slayd
Livan mediası: Türkiyə hərbçilərini Suriyadan geri çəkməyə hazırlaşır

Türkiyənin Bəşər Əsəd administrasiyası ilə 12 ildən sonra münasibətləri normallaşdırmağa meyllənməsi ərəb mətbuatında geniş təhlil olunur.

Reyting.az
xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın "Suriya prezidenti Bəşər Əsədlə görüşəcəyəm",- deməsindən sonra Moskvada səfərdə olan Bəşər Əsəd "Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün türk əsgərləri Suriyadan çıxarılmalıdır",- şərtini təkralayıb.

Məhz bu tələbdən sonra Moskvada Türkiyə-Rusiya-İran və Suriya arasında nəzərdə tutulan dördtərəfli iclas təxirə salınıb.

Bu proses diqqətlə izlənərkən Livanın "Əl-Əxbar" qəzeti bir iddia ilə çıxış edib.

Qəzet yazıb ki, Türkiyə Dəməşqlə normallaşma danışıqlarının gedişi üçün güzəştə getməyə hazırdır.

Türkiyənin əsgərləri geriçəkmə planı üzərində çalışdığını və bu istiqamətdə bir neçə variant üzrə işlənildiyni yazan qəzet bildirir ki, bu məsələ suriyalı müxaliflərin açıqlamalarında da yer alıb. Müxalif mənbələr “Əl-Əxbar”a bildiriblər ki, Türkiyə rəsmiləri Suriyadakı türk hərbi varlığının gələcəyi ilə bağlı müxtəlif variantlar üzərində işləyirlər: "Türkiyə bu variantlarla bağlı təkliflərini Rusiya və İran vasitəsi ilə Əsədə çatdıracaq və hər iki ölkədən Suriyanı bu variantlardan birini seçməyə razı salmağı xahiş edəcək".

Qəzet bir qədər də irəli gedərək, rəsmi Ankaranın Türkiyədəki seçkilərin nəticəsindən asılı olmayaraq, əldə olunacaq razılaşmaya əməl edəcəyinə söz verdiyini yazıb.

E. ARAZ




Bölməyə aid digər xəbərlər