12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Türkiyədə 11 təşkilat sorğu keçirib: Ərdoğan uduzur, partiyası qalib gəlir
Tarix: 29-03-2023 10:41 | Bölmə: Slayd
Türkiyədə 11 təşkilat sorğu keçirib: Ərdoğan uduzur, partiyası qalib gəlir

Türkiyədə keçiriləcək seçkilərə 46 gün qalmış 11 sorğu təşkilatının araşdırmasının nəticələri açıqlanıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla bildirir ki, 11 təşkilatın ayrı-ayrı keçirdiyi sorğunun orta nəticəsinə görə, parlament seçkilərində 7 faizlik barajı yalnız 4 partiya - AK Partiya, CHP, HDP və İYİ Partiya keçəcək:

"Anketin nəticələrinə əsasən, 32,8 faizlə AK Partiya, 27,6 faizlə CHP, 10,7 faizlə HDP, 10,5 faizlə İYİ Partiya 7 faizlik seçki baryerini keçə bilər. Bununla yanaşı, araşdırmaya görə, prezident seçkilərində Ərdoğanın lideri olduğu Cumhur İttifaqı 40.6 faiz səslə 42.2 faiz səs toplayacağı gözlənilən Kamal Kılıçdaroğlunun lideri olduğu Millət İttifaqına uduzur".

11 təşkilatın partiyalarla bağlı yekun rəy sorğusunun nəticələri isə belədir:

AK Partiya: 32.8

CHP: 27.6

HDP: 10.7

IYI: 10.5

MHP: 6.5

Məmləkət: 2.9

DEVA: 1.6

Gələcək: 1.6

Yenidən Rifah: 1.3

Zəfər: 1.1

Səadət Partiyası: 0.9

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər