12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Türkiyənin müdafiə sənayesi ABŞ-da narahatlıq yaradıb - Fotolar
Tarix: 29-03-2023 11:45 | Bölmə: Slayd
Türkiyənin müdafiə sənayesi ABŞ-da narahatlıq yaradıb

ABŞ Türkiyənin sürətlə inkişaf edən müdafiə sənayesindən narahat olmağa başlayıb.

Reyting.az
xəbər verir ki, bu, Amerikanın CNBC media quruluşunun təhlilindən aydın olur.

Xatırladaq ki, təhlil "Türkiyənin sürətlə böyüyən müdafiə sənayesi artan qlobal nüfuzunu gücləndirir" mövzusunda keçirilib.

SİHA və milyard dollarlıq anlaşmaların Türkiyənin sürətlə böyüyən müdafiə sənayesini və qlobal nüfuzunu artırdığı vurğulanır. Bildirilir ki, türk müdafiə sənayesi məhsullarının ixracatında ciddi artım müşahidə edilir.



Qeyd olunur ki, Türkiyə 2022-ci ildə 4 milyard 400 milyon dollar müdafiə ixracatı gerçəkləşdirib: “Bu, bəzi Avropa ölkələrinin illik müdafiə büdcəsindən çoxdur. Bu rəqəmin 2023-cü ildə 6 milyard dollara çatacağı gözlənilir".

Bununla paralel olaraq xatırlanır ki, Rusiya-Ukrayna savaşı səbəbindən NATO ölkələrinin stoklarında ciddi azalma qeydə alınıb.

CNBC kanalı bildirir ki, Türkiyənin müdafiə sənayesi şirkətləri qarşıdakı illər boyunca NATO ölkələrinin hərbi ehtiyatlarını yeniləmək üçün sifarişlər alıb.

Təhlilə görə, Türkiyə xüsusilə pilotsuz uçuş aparatları (PUA) ilə xarici siyasətdə önə çıxıb. Bu zaman “Bayraqdar TB2” dronunun Ukrayna müharibəsindəki təsirli roluna diqqət yönəldilir.



Qeyd olunur ki, Türkiyə müdafiə sənayesi şirkətlərinin son bir neçə ildə imzaladığı beynəlxalq müqavilələrin sayı və tələblər sürətlə artır, bu isə ölkəyə xarici siyasətdə ciddi imkanlar yaradır.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər