12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya daha iki ölkəni müharibə ilə hədələyir
Tarix: 29-03-2023 12:22 | Bölmə: Slayd
Rusiya daha iki ölkəni müharibə ilə hədələyir

Rusiya Finlandiya və İsveçi müharibə ilə hədələyir. Reyting.az xəbər verir ki, Rusiyanın müharibə hədəsini İsveçdəki səfiri Viktor Tatarintsev səsləndirib.

Səfir bəyan edib ki, İsveç və Finlandiya NATO-ya qəbul olunacaqları təqdirdə Rusiyanın qanuni hədəfinə çevriləcəklər.

İsveçin 200 illik bitərəflilik mövqeyini tərk etdiyini bildirən diplomat deyib ki, bu iki ölkə NATO-ya daxil olarsa, Rusiya Atlantik İttifaqı ilə sərhədinin iki qatına çıxacaq: "Əgər bunu hələ Avropanın təhlükəsizliyini artıracağını düşünən varsa, yeni üzvlərin düşmən bloku Rusiyanın ciddi tədbirləri və qanuni hədəfi halına gələcəyinə əmin olsunlar. Hərbi addımlar da daxil olmaqla".

Analitiklər isə səfirin açıqlamasını Kremlin təhdidlərini yenidən gündəmə gətirməsi kimi qiymətləndirirlər.

Qeyd edək ki, Putinin Ukraynanı işğal məqsədilə başladığı müharibədən dərhal sonra bitərəf statusda olan İsveç və Finlandiya NATO-ya üzvlük üçün müraciət ediblər. Finlandiya və İsveç ittifaqa daxil olduqdan sonra Rusiya-NATO sərhədləri 1340 kilometr artacaq.

Onu da qeyd edək ki, hazırda Finlandiyanın NATO-ya müəyyən qədər asan daxil olacağı gözlənilir. İsveçin NATO üzvlüyü üçün isə Türkiyənin razılığı vacibdir, amma rəsmi Ankara bu ölkə qarşısında müəyyən tələblər qoyub.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər