12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Güclü zəlzələ barədə xəbərdarlıq edilib
Tarix: 29-03-2023 14:52 | Bölmə: Slayd
Güclü zəlzələ barədə xəbərdarlıq edilib
Frank Hooqerbets

Türkiyənin Qəhrəmanmaraş bölgəsində baş verən zəlzələni öncədən proqnozlaşdıran və sosial şəbəkələrdə tez-tez zəlzələ proqnozlarını paylaşan Frank Hooqerbetsin yeni təxminləri var.

Reyting.az
xəbər verir ki, Hooqerbets qarşıdakı aylarda 8,3 bal gücündə zəlzələnin olacağını proqnozlaşdıraraq Türkiyə və Çiliyə işarə edib.

"Zəlzələ Kahini" kimi təqdim edilən Hooqerbets ayın və dünyanın hərəkətlərinin zəlzələləri tətiklədiyini və fəlakətlərə səbəb olduğunu düşünür.

Qeyd edək ki, alimlərin şarlatan adlandırdığı Hooqerbetsin təxminləri əksər ölkələrdə diqqətlə izlənilir. Amma o, martın ilk həftəsinin kritik olacağını, 8 bal gücündə zəlzələ gözlədiyini desə də, bu proqnozu özünü doğrultmayıb. Halbuki onun proqnozlarında 2-7 mart tarixlərində baş verə biləcək yeraltı təkanların Kamçatka, Kuril adaları, Filippin və İndoneziyada qədər böyük ərazidə hiss olunacağına işarə edilirdi.

Bütün bunlara rəğmən şarlatan yeni proqnozlarını açıqlayıb. Onun təxminlərinə görə, Afrika, Pasfik, Hindistan, Aralıq dənizinin Türkiyəyə yaxın ərazisində yeni zəlzələ gözlənilir. O, buna səbəb olaraq ayın hərəkətlərini göstərir:

"Merkuri, Yupiter və Ay bir xətt üzrə gəlir. Önümüzdəki günlərdə şiddətli zəlzələ gözləniləndir".

O, başqa bir təxminində Çiliyə işarə edir:

"2015-ci ildən bu yana böyük zəlzələ olmayıb, son zəlzələ 8,3 bal gücündə qeydə alınıb. Avqust və noyabr ayları arasında növbəti belə güclü zəlzələ olacaq" .

Hooqerbets iddiasını "Kosmos həndəsəsi" metodu ilə əlaqələndirib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər