12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ Çinlə bacarmır - General etiraf etmək məcburiyyətində qalıb
Tarix: 30-03-2023 14:04 | Bölmə: Slayd
ABŞ Çinlə bacarmır - General etiraf etmək məcburiyyətində qalıb

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley müdafiə naziri Lloyd Ostinlə birgə Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində 2024-cü maliyyə ilinin müdafiə büdcəsi ilə bağlı sualları cavablandırıb.

Reyting.az
-ın xəbərinə görə, Mark Milley Çinlə bağlı suallara da cavab verib. O, etiraf edib ki, Çinin nüvə silahı potensialı narahatlıq doğurur və ABŞ bu potensialı dayandırmaq gücünə malik deyil.

Milley Çinin Rusiya ilə yaxınlaşmasının da narahatlıq doğurduğunu bildirib.

"Bizim olduğumuz strateji mühitdə ikisinin bir-birinə yaxınlaşdığını görürük. Mən bunu sözün əsl mənasında əsl müttəfiqlik adlandıra bilmərəm, amma biz onların yaxınlaşdıqlarını görürük", - general qeyd edib.


M. Milley və L. Ostin

Çinin nüvə potensialının hələ ABŞ-la rəqabət apara biləcək bir mövqedə olmadığına diqqət çəkən Milley deyib ki, buna baxmayaraq onların əhəmiyyətli nüvə potensialı mövcuddur: “ABŞ-a qədər uzana biləcək qitələrarası ballistik raketləri də var. Bu, bizi narahat edir”.

General Milley əlavə edib ki, Soyuq müharibədən qalma çəkindirmə prinsipləri qüvvədə olsa da, iki nüvə dövləti ilə qarşı-qarşıya gəlmək çətindir.

Amerikalı general Çinin nüvə silahı proqramının gələcəyi ilə bağlı deyib:

"Çinin yaxın 10-20 il ərzində nəzərdə tutduğu nüvə inkişaf proqramını yavaşlatmaq, dayandırmaq, bloklamaq və ya məhv etmək üçün yəqin ki, heç nə edə bilməyəcəyik. Onlar bunu öz planlarına uyğun edəcəklər və məncə, çox az xarici proqram var. Bunun baş verməməsi üçün edə biləcəyimiz təzyiq, iqtisadi vasitələr ola bilər. Kəşfiyyat dünyasında başqa şeylər də ola bilər, lakin onlar yəqin ki, planlarını həyata keçirəcəklər. Onların milli hədəfləri var: Birləşmiş Ştatlardan üstün olmaq. Onlar bunu etməyə başlayıblar. Bu, həqiqətən narahatedicidir".

Sessiyada Massaçusets ştatının demokrat deputatı Set Moulton müdafiə naziri Ostindən hipersəs raketlərinin silahların sabitliyini pozub-pozmadığını soruşub.

Ostin "potensial olaraq sabitliyi pozur",- cavabını verib.

Konqresmen isə ABŞ-ın etdiklərinin Rusiya və Çini hipersəs silahları ilə tutmaq olduğunu və bunun silahlanma yarışına çevrildiyini söyləyib.

Diqqətə çatdırılıb ki, ABŞ-ın etdikləri ikinci dərəcəli zərbə qabiliyyəti çəkindirməni təmin edir: “Görünür, bəzi pis səbəblərə görə biz silahlanma yarışına girdik. Çünki biz sabitliyi pozan daha çox hipersəs raketləri əldə etməyə çalışırıq. Biz silahlanma yarışını dayandıracaq strategiyanı eşitməliyik, onu qazanacaq strategiyanı yox”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər