12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qorxunc proqnoz: 2023-cü ildə 4 dəhşətli hadisə baş verəcək
Tarix: 01-04-2023 10:29 | Bölmə: Slayd
Qorxunc proqnoz: 2023-cü ildə 4 dəhşətli hadisə baş verəcək

Keçmişdən və ya gələcəkdən gəldiyini söyləyən insanların sayı günü-gündən artır. Belə şəxslərdən biri, “zaman səyahətçisi” olduğunu iddia edən Eno Alaric 2023-cü il üçün bəzi təxminlərini sadalayıb və 6 tarixə işarə edib.

Reyting.az
xəbər verir ki, 2671-ci ildən gəldiyini deyən “zaman yolçusu”nun proqnozlarından bəziləri qorxuncdur.

Xatırladaq ki, E. Alaric əvvəllər Yer və əkiz planetlər, yadplanetli ziyarətçilər və hətta digər ölçülərə açılan portallar haqqında proqnozlar vermişdi. Ancaq indi bir supervulkanın püskürməsindən sonra minlərlə insanın öləcəyini iddia edir.

E. Alaricin artıq üçüncü ayını başa vurduğumuz 2023-cü illə bağlı proqnozları aşağıdakılardır:

4 aprel: ərimiş buzlaqlarda 52 min insanı yoluxduran bubon vəbası aşkar ediləcək.

12 may: mükəmməl vəziyyətdə olan bir dinozavr yumurtası tapılacaq və yumurtadan çıxan dinozavrın Şimali Amerikada 68-65 milyon il əvvəl yaşamış triceratop cinsi olduğu ortaya çıxacaq.

4 iyun: Okeanın ortasında baş verən böyük zəlzələ Mariana xəndəyindən iki dəfə dərin olan xəndək yaradacaq. Açıldığı zaman nəsli kəsilmiş hesab edilən bir çox canlının çıxmasına səbəb olacaq.

18 iyul: ABŞ-ın qərbində supervulkan püskürəcək, səmanı sıx tüstü və kül buludları bürüyəcək. ABŞ-da baş verən partlayışda və səmanı bürüyən kül və tüstüdə yüz minlərlə insan həlak olacaq.

24 avqust: Cənubi Amerikada bizimkindən daha qabaqcıl texnologiyaya malik qədim sivilizasiya tapılacaq.

18 sentyabr: Afrikadan gələn bir maqnit sahəsi olacaq. O, qədər güclü olacaq ki, kompaslar şimala deyil, oraya işarə edəcək.

Təbii ki, “zaman səyahətçisi” olduğunu deyən və müxtəlif proqnozlar söyləyən yeganə şəxs Eno Alariç deyil. Con Titor da belə şəxslərdəndir. C. Titorun hekayəsi ilk dəfə 2000-ci ilin noyabrında onlayn Art Bell forumunda işıq üzü görüb.

Qeyd edək ki, kahin, zaman yolçusu kimi ortaya çıxan şəxslər illərdir elm adamları tərəfindən müzakirə edilir. Son illərdə 6491-dən gəldiyini deyən Jams Oliver, 2030-dan gəldiyini deyən Nuh kimi zaman səyahətçisi olduğunu iddia edənlərin sayı günü-gündən artır və hər biri də fenomenə çevrilir.

E. KAMAL
Reyting.az





Bölməyə aid digər xəbərlər