12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Milyarderlərin süni intellekt uğrunda savaşı başlayıb
Tarix: 01-04-2023 11:49 | Bölmə: Slayd
Milyarderlərin süni intellekt uğrunda savaşı başlayıb

Silikon vadisində İlon Maskın rəhbərlik etdiyi qrup süni zəkaya “nəzarətsiz düşmən” kimi baxır. Bill Qeytsin rəhbərlik etdiyi qrup isə süni intellektin gələcək inkişafının tərəfdarıdır.

Reyting.az
xəbər verir ki, ABŞ-da texnologiya şirkətlərinin yerləşdiyi Silikon vadisində süni intellekt ucbatından “vətəndaş müharibəsi” başlayıb.

“Tesla” və “Twitter”in rəhbəri İlon Maskın da dail olduğu min texnologiya sektorunun məktubunda süni intellektin təhlükəsinə diqqət çəkilir.

Bu qrupa görə, nüvə silahları kimi, süni intellekt üçün qanuni təhlükəsizlik tədbirləri görülməli və nəzarət tətbiq edilməlidir. Əks halda, süni intellekt kiberhücum silahına çevrilə bilər. Bu riskin qarşısını almaq üçün süni intellektin inkişafı ən azı 6 ay dayandırılmalıdır.

“Microsoft”un qurucusu Bill Qeyts, “Google”nin baş direktoru Sundar Piçai və futuroloq Rey Kurzveyl bu qrupa qarşıdırlar.

Qeyts kimi şəxslər süni intellekti dövrün ən mühüm yeniliyi kimi təsvir edərək deyirlər ki, “ChatGPT” kimi süni intellekt iqlim dəyişikliyini həll edə, xərçəng xəstəliyini müalicə edə və məhsuldarlığı artıra bilər.

Lakin məktubu imzalayan bir çox insanın fikrincə, fikir ayrılığının Mask və Qeyts arasında bir növ “şəxsi münasibət, qan davası və rəqabətdən” doğa biləcəyini iddia edirlər.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər