12:36 / 14-06-2025
Sabah yağış yağacaq
BMT Təhlükəsizlik Şurasına sədrliyin Rusiyaya keçməsi Ukraynanı narahat edir
Tarix: 02-04-2023 15:12 | Bölmə: Slayd
BMT Təhlükəsizlik Şurasına sədrliyin Rusiyaya keçməsi Ukraynanı narahat edir

Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına sədrliyin Rusiyaya keçməsini tənqid edib.

Reyting.az
xatırladır ki, ötən gün BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib. Bu isə rəsmi Kiyevin narahatlığına səbəb olub.

“Terror dövləti BMT Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb. Dünən Rusiya ordusu daha bir ukraynalı uşağı öldürüb - Danilo adlı beş aylıq uşaq. Terror dövlətinin hər gün həyata keçirdiyi yüzlərlə artilleriya hücumundan biri. Bu arada Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik edir", - prezident Zelenski deyib.

Ukrayna Prezident Aparatının rəhbəri A. Yermak da sosial media hesabında məsələ ilə bağlı açıqlama verib:

“Bu, sadəcə olaraq ayıb deyil. Bu, qaydalara əsaslanan beynəlxalq münasibətlər sisteminə növbəti simvolik zərbədir".

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə yaranmış vəziyyəti “Tarixdə ən pis 1 Aprel zarafatı” adlandırıb.

Qeyd edək ki, Rusiya bir ay müddətində BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər