12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Fazil Mustafaya sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb - Siyahı+Fotolar - Yenilənib
Tarix: 03-04-2023 11:02 | Bölmə: Slayd
Fazil Mustafaya sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb - Siyahı+Fotolar

Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb.

Reyting.az
xəbər verir ki, cinayət işi üzrə 6 nəfər saxlanılıb və digər şəxslərlə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

***

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin təşkilatçı və iştirakçılarından 3 nəfərin adı məlum olub.

Reyting.az
xəbər verir ki, bununla bağlı Teleqram kanallarında foto paylaşılıb.

Qeyd edilib ki, sui-qəsdin təşkilatçısı Azər Kamran oğlu Səricanovdur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub, 2010-2019-cu illərdə 11 dəfə İrana səfər edib.

Onun köməkçisi Elşad Tofiq oğlu Əsgərovdur. 1983-cü ildə Bakıda anadan olan E. Əsgərov 2013-18-ci illərdə 9 dəfə İranda olub.

Millət vəkilinə atəş açan isə Səbuhi Vəliyəddin oğlu Şirinovdur. 1986-cı il təvəllüdlü S. Şirinov 2017-22-ci illərdə 15 dəfə İranda səfərdə olub.

Qeyd edək ki, dünən verilən rəsmi açıqlamaya görə, DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb. Hazırda onlar DTX-da dindirilir.





Bölməyə aid digər xəbərlər