12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İnam Kərimovun Ali Məhkəmə sədrliyinə namizədliyi irəli sürülüb - (Yenilənib)
Tarix: 03-04-2023 12:12 | Bölmə: Slayd
İnam Kərimovun Ali Məhkəmə sədrliyinə namizədliyi irəli sürülüb - (Yenilənib)

Kənd təsərrüfatı naziri İnam Kərimov Ali Məhkəmənin hakimi təyin olunur.

Reyting.az
-ın xəbərinə görə, bu məsələ bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılara, plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, Ali Məhkəmənin sədri postu bir aydır boşdur. Əvvəlki sədr Ramiz Rzayevin səlahiyyət müddəti ötən ay bitib. İ. Kərimovun bu posta təyin olunacağı bildirilir.

***

Kənd təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəmə sədrliyinə namizədliyi irəli sürülüb.

Reyting.az
xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Müzakirələrdən sonra məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatıb.




Bölməyə aid digər xəbərlər