12:36 / 14-06-2025
Sabah yağış yağacaq
NATO Türkiyəyə güzəştə hazırdır
Tarix: 03-04-2023 12:59 | Bölmə: Slayd
NATO Türkiyəyə güzəştə hazırdır

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra iki Skandinaviya ölkəsi - Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün Türkiyənin razılığını gözləyirdi. Finlandiya Ankaranın razılığını alsa da, İsveçdə Qurani-Kərimin yandırılması NATO-ya üzvlük məsələsində ona baha başa gəlib.

Reyting.az
-ın xəbərinə görə, Türkiyənin İsveçin NATO-ya üzv olmasının qarşısında durduğunu yazan "Politico" nəşri bildirir ki, hərbi alyans Ankaraya borcludur.

Anlaşmazlıqlara baxmayaraq, Ankara və Qərbin qarşılıqlı maraq doğuran bir evlilik içərisində olduqlarını qeyd edən nəşr Türkiyənin hərbi gücünə diqqət yönəldib.

"Politico" yazır ki, Türk Silahlı Qüvvələri ittifaqın ikinci ən güclü ordusudur, alyansın missiya və əməliyyatlarına fəal şəkildə töhfə verir.

Türkiyənin geosiyasi mövqeyinə diqqət yönəldilən analizdə xatırlanır ki, Qara dənizə kimin keçəcəyinə Türkiyə nəzarət edir.

Eyni zamanda qeyd olunur ki, Türkiyə-Rusiya əlaqələri hətta Ankaranı Ukrayna ilə potensial sülh danışıqlarında faydalı həmsöhbətə çevirə bilər.

NATO-nun Türkiyəyə ehtiyacı olduğunu, alyansın Ankaranı öz tərəfində saxlamaq üçün "güzəştlərə getməyə və fikir ayrılıqlarını azaltmağa" hazır olduğu iddia edilir.

Bildirilir ki, Türkiyə NATO-nun təhlükəsizlik yastığını təmin edir.

Prezident Ərdoğanın rusiyalı həmkarı Putinlə həm telefon, həm də üz-üzə əlaqə saxladığını xatırladan “Politico” bunu “Ankaranın balans siyasəti” kimi şərh edib.

Türkiyənin hər iki ölkə ilə görüşə biləcək nadir ölkələrdən biri olduğunu vurğulayan nəşrdə NATO-nun keçmiş yüksək rütbəli rəsmisi Ceymi Şinin fikirləri də yer alıb.

"Ukraynada sülh danışıqları hazırda mümkün deyil. Bəs fürsət yarandıqda vasitəçi rolunu kim oynayacaq? Çin olacaq, yoxsa Türkiyə? Mən pulumu Türkiyəyə yatırdardım", - NATO-nun sabiq rəsmisi deyib.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər