12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukraynanın Krım planı...
Tarix: 03-04-2023 13:47 | Bölmə: Slayd
Ukraynanın Krım planı...

Rusiya-Ukrayna müharibəsinin on minlərlə insanın həyatına son qoyduğu bir vaxtda rəsmi Kiyev Kremli qəzəbləndirəcək daha bir addım atıb. Bu, Ukraynanın Krım planının üzə çıxması ilə bağlıdır.

Reyting.az
xəbər verir ki, Rusiya üçün ən böyük qorxu müaribənin 2014-cü ildə ələ keçirdiyə Krıma çatmasıdır. Rusiya Krım özünün “qırmızı xətt”i saysa da, Ukrayna bu istiqamətdə fəaliyyətinə ara vermir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Kiyevin bu yaz üçün əks-hücum planını açıqlayıb.
Danilovun planında Moskvanın Krımda təyin etdiyi administrasiyada işləyən bütün ukraynalıların cinayət məsuliyyətinə cəlbini də təklif edir.

Ukrayna rəsmisi bildirib ki, bu insanların bəziləri cinayət məsuliyyətinə cəlb olunacaq, digərləri isə dövlət təqaüdlərini itirəcək və ictimai işlərdən kənarlaşdırılacaqlar.

Danilov yazıb ki, 2014-cü ildən sonra Krıma köçən bütün Rusiya vətəndaşları deportasiya edilməli və Rusiya hakimiyyəti altında aparılan bütün daşınmaz əmlak sövdələşmələri ləğv olunmalıdır.

Planın bir hissəsi olaraq Danilov Rusiyanın Krımda inşa etdirdiyi 19 kilometrlik körpünün söküləcəyini də qeyd edib.

Onu da diqqətə çatdırırıq ki, Moskva 2014-cü ildə Krımı ilhaq etsə də, dünyanın əksər ölkələri onu Rusiya ərazisi kimi tanımaqdan imtina edir.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər