12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya Polşa ilə sərhəddə nüvə silahı yerləşdirəcək
Tarix: 03-04-2023 15:43 | Bölmə: Slayd
Rusiya Polşa ilə sərhəddə nüvə silahı yerləşdirəcək

Rusiya taktiki nüvə silahlarını Belarusun qərbində, Polşa ilə sərhəddə yerləşdirəcək. Reyting.az xəbər verir ki, bu barədə Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov bildirib.

Onun sözlərinə görə, iyulun 1-dən silahların saxlanacağı anbarlar hazır olacaq. Lakin o, silahların dəqiq harada yerləşdiriləcəyi barədə məlumat verməyib.

"Əgər söhbət ABŞ-ın nüvə silahının Avropada yerləşdirilməsindən gedirsə, biz də Belarus və Rusiyanın təhlükəsizliyini artırmaq üçün tədbirlər görməliyik", - deyə səfir əlavə edib.

Onu da qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin son həftələrdə Belarusda taktiki nüvə silahı yerləşdirməyə hazırlaşdıqlarını bildirmişdi.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər