12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Azərbaycanın müdafiəsi Türkiyə və İsrail ilə əməkdaşlıq çərçivəsində artırılmalıdır - Deputat
Tarix: 04-04-2023 10:27 | Bölmə: Slayd
Azərbaycanın müdafiəsi Türkiyə və İsrail ilə əməkdaşlıq çərçivəsində artırılmalıdır

"Zəngəlanda tikilmiş hava limanında Türkiyə F-16 təyyarələrinin eskadrilyasının yerləşdirilməsi hərbi təxribatlara və terrora meyilli İran mollakratiyasına təsir göstərə bilər".

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov xatırladıb ki, artıq 30 ildir Ermənistanda Rusiyanın 24 MiQ-29 təyyarəsi, onlarla hücum və nəqliyyat helikopteri yerləşdirilib.

Onun sözlərinə görə, Türkiyə hərbi aviasiyası dəfələrlə Azərbaycan ərazisində keçirilən hərbi təlimlərdə iştirak edib: “Onlar 2020-ci ilin payızında- İkinci Qarabağ müharibəsi zamanı da Azərbaycan ərazisində olublar. Onların mövcudluğu ermənilərə dəstək vermək niyyətində olan ölkələrə çəkindirici təsir göstərirdi”.

R. Musabəyov diqqətə çatdırıb ki, 2001-ci ildə “Türk ulduzları”nın Bakı üzərində nümayiş etdirdiyi uçuşlar İrana təsir göstərib: “Halbuki İranın döyüş təyyarələri təxribatla Azərbaycan geodeziya gəmisinin ətrafında dövrə vuraraq hava məkanımızı həyasızcasına pozurdu. Görünür, bu dərsi təkrarlamaq lazımdır, lakin müasir versiyada Türkiyə hərbi aviasiyasının daimi yerləşdirilməsi ilə".

Müsahibimiz sonda əlavə edib ki, Azərbaycanın havadan və raketdən müdafiə potensialını İsrail ilə əməkdaşlıq çərçivəsində artırmaq pis olmazdı: "İran və Ermənistan kimi qonşusu olan ölkənin hər hansı əlavə təhlükəsizlik tədbiri heç vaxt artıq olmaz".

E. KAMAL
Reyting.az





Bölməyə aid digər xəbərlər