00:13 / 16-06-2025
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

Ermənistan Azərbaycan ərazisində yenidən mina-tələlər yerləşdirir
Tarix: 04-04-2023 11:17 | Bölmə: Slayd

2020-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi azərbaycanlılar, xüsusən 1990-cı illərin əvvəllərində öz doğma yurdlarından didərgin salınmış 700 mindən çox məcburi köçkün üçün əlamətdar hadisə olub. Onilliklər boyu məcburi köçkünlükdən sonra Azərbaycan xalqı öz evlərinə qayıtmaq və öz icmalarını yenidən qurmaq şansı əldə edib. Lakin bu sevincli hadisə Ermənistanın tərk etdiyi minaların və müharibənin partlayıcı qalıqlarının geniş yayılması ilə kölgədə qalıb.
Reyting.az xəbər verir ki, bu barədə “Commonspace” yazıb.
Avropa nəşrinin təhlilində qeyd olunur:
Əvvəllər işğal olunmuş ərazilər Azərbaycanı dünyada mina və partlayıcı müharibə qalıqları ilə ən çox çirklənmiş ölkələrdən birinə çevirir. Münaqişə və Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan heç bir fərq qoymadan yüz minlərlə mina və digər partlayıcı qurğular, o cümlədən mülki ərazilərə yerləşdirib.
Təəssüf ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozaraq Qarabağ bölgəsinin Rusiyanın sülhməramlı missiyasının müvəqqəti nəzarəti altında olan hissəsinə minaları köçürməkdə davam edib və onları bölgəyə yerləşdirib.
2022-ci ilin avqust ayından etibarən Azərbaycanda 2021-ci ildə (yəni İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra) Ermənistanda istehsal olunmuş 2700-ə yaxın mina aşkar edilib. Bu qeyri-qanuni minalardan 1600-dən çoxu, həmçinin mina-tələləri mülki ərazilərdə “əkilib”.
Münaqişədən sonrakı son iki il ərzində mina partlayışları nəticəsində 288-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb ki, onların da böyük əksəriyyəti mülki şəxslər, o cümlədən üçü jurnalistdir. Ən son qurban isə aprelin 2-də Tərtər rayonunda mina partlaması nəticəsində həlak olan azərbaycanlı hərbçidir.
Rəsmi qiymətləndirmələrə görə, minatəmizləmə ilə bağlı məsələlərin həlli üçün Azərbaycan təxminən 25 milyard dollar tələb edir ki, bu da 30 ilə qədər davam edəcək prosesdir.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) işğaldan azad edilmiş ərazilərin minalardan və digər partlayıcı silahlardan təmizlənməsi istiqamətində iş aparır. 2023-cü ilin fevral ayının əvvəlinə olan məlumata görə, 2020-ci ilin noyabr ayından Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ümumilikdə 64 min hektar (158 min akr) ərazisi minalardan təmizlənib.
Ötən il ANAMA tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 8780 piyada əleyhinə və 4133 tank əleyhinə mina, həmçinin 14950 partlamamış hərbi sursat zərərsizləşdirilib. ANAMA və BMT İP-in səylərinə baxmayaraq, problemin miqyası qorxulu olaraq qalır. Bölgədə minaların olması əhaliyə ciddi təhlükə yaratmaqda davam edir.
Həmin minaların yerləşdiyi yer haqqında rəsmi məlumat tələb etmək cəhdlərinə baxmayaraq, Ermənistan dəfələrlə müvafiq məlumata malik olduğunu təkzib edib və məsələ ilə məşğul olmaq istəməyib. 2021-ci ilin aprelində Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycanın xəritələrə olan tələbini “saxta gündəm” adlandırıb. Təxminən iki ay sonra Ermənistan hökuməti rəsmən etiraf etdi ki, faktiki olaraq onlarda Azərbaycan ərazilərində yerləşdirilən minaların xəritələri var.
12 iyun 2021-ci ildə Ermənistan baş naziri Paşinyanın bir gün sonra “xəritələrin kiçik bir hissəsi” olduğunu etiraf etdiyi şeyin müqabilində Azərbaycan 44 günlük müharibədən sonra saxladığı 15 erməni əsiri azad edib. Bu xəritələrdə Ermənistan və yerli qüvvələr tərəfindən yalnız əvvəllər işğal olunmuş bir rayonda (Ağdam) yerləşdirilən 97 min tank və piyada əleyhinə minanın yeri göstərilib. Sonrakı aylarda Ermənistan hökuməti 390 709 tank əleyhinə və piyada əleyhinə mina, eləcə də digər partlayıcı qurğular haqqında məlumatı özündə əks etdirən 2020-ci il öncəsi bəzi digər mina sahəsi qeydlərini açıqlayıb.
Ermənistanın buraxdığı bu mina sahəsi xəritələri bütün işğaldan azad edilmiş ərazilərin 5 faizini əhatə etdiyi halda, bu xəritələrin yalnız 25 faizinin etibarlı olduğu sübuta yetirilib.
Baş nazir Paşinyan Ermənistanın 200 min mina üçün xəritələr təqdim etməsindən sonra etiraf edib ki, bu xəritələr Ermənistanın sahib olduğu ərazinin yalnız “kiçik bir hissəsidir”. Buna baxmayaraq, onlar Azərbaycanın yenidənqurma səylərini ciddi şəkildə çətinləşdirən yerdə qalan xəritələri verməkdən imtina etməkdə davam edirlər.
Beynəlxalq hüququn pozulması, o cümlədən azərbaycanlıların işğaldan azad edilmiş ərazilərə qayıtmasının qarşısını almaq üçün minalar yerləşdirdiyinə görə Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsində və Avropa İnsan Haqları Məhkəməsində proses başlayıb. Fevralın 23-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycan ərazisinə mina və digər partlayıcı maddələr yerləşdirməsi ilə bağlı Azərbaycanın tələb etdiyi tədbirlərlə bağlı qərarlar verib.
Məhkəmə Ermənistanın minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin görülməsi tələblərinə cavab verməməsi ilə bağlı əvvəlki qənaətinə yenidən baxmamaq qərarına gəlib. Azərbaycan hesab edir ki, bu, işin mahiyyətinə əsaslanan qərar deyil və Ermənistanı məsuliyyətə cəlb etməyə, minalar və mina-tələləri məsələsini gündəmə gətirməyə çalışmaqda davam edir.
Bütün dünyada Beynəlxalq Mina Maarifləndirilməsi və Minalardan Təmizləmədə Yardım Günü kimi qeyd olunan 4 aprel münasibəti ilə Azərbaycan öz ərazisində minalarla bağlı üzləşdiyi problemlər barədə məlumatlılığı artırmağa çalışır. Azərbaycanın Ermənistanı minatəmizləmə prosesində faydalı olacaq hər hansı müvafiq məlumatı təhvil verməyə təşviq etmək üçün beynəlxalq ictimaiyyətin iştirakı lazımdır. Bundan əlavə, beynəlxalq ictimaiyyətin regionun minalardan təmizlənməsi və məcburi köçkünlərin geri qayıtması üçün münasib şəraitin yaradılmasına yardımı alqışlanacaqdır. Dünya bu miqyaslı çağırışlara qarşı mübarizədə həmrəylik nümayiş etdirməlidir.
Y. QACAR
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:13
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 15:09
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14-06-2025, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
14-06-2025, 08:51
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib