12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ərdoğan gündəmi dəyişir
Tarix: 04-04-2023 12:24 | Bölmə: Slayd
Ərdoğan gündəmi dəyişir

Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Ankaradakı səfiri Ceff Fleykin 29 martda Kamal Kılıçdaroğlu ilə görüşünə və mayın 14-də Türkiyədə keçiriləcək seçkilərə reaksiyası dünya mətbuatının gündəmindən düşmür.

Reyting.az
xəbər verir ki, Ərdoğanın ABŞ səfirinə qapılarını bağladığını xüsusi xəbərlə çatdıran Yunanıstanın “Ethnos” qəzetinin iddiasına görə, Türkiyədə qarşıdurma son həddə çatıb və Ərdoğan rəqibi Kılıçdaroğlunu ABŞ ilə eyni səviyyəyə qoyur.

Qəzetin müxbiri Mariya Zaçarakinin iddiasına görə, Ərdoğan uzun müddətdir axtardığı düşmənini tapıb və bunun ABŞ olduğunu bildirib.

Məqalədə yazılır ki, Türkiyə ilə Yunanıstan arasında “buzlar” əriyir, “iqlim” dəyişir, lakin Ankaradan heç bir mənzərə görünmür.



Yunanıstanın müdafiə naziri Nikos Panagiotopoulosun zəlzələ bölgəsinə səfər etdiyini, miqrasiya naziri Notis Mitarakisin də Türkiyəyə sərnişin olduğu xatırlanır.

Yunanıstanın “To Vima” qəzeti “Ərdoğan ABŞ-a qarşı: güclü dərs vermək üçün məni seçin”,- başlıqlı xəbərində Türkiyə prezidentinin Bayden və ABŞ-a “atəş açdığı” iddia olunur. Hazırda Ankara ilə Vaşinqton arasında əsas problemin F-16 döyüş təyyarələrinin satışı olduğunu xatırladan nəşrin qiymətləndirməsinə görə, Ərdoğanın çıxışı “şiddətli hücum”dur.

Yunanıstanın ən məşhur internet saytlarından olan in.gr-də yer alan xəbərlərdə “Panagiotopoulos Türkiyədədir - seçkilərə qədər hədəf sakitlikdir”,- yazılır, Ankara ilə Afina arasında “iqlim”in dəyişdiyi bildirilir.

Yunanıstanın CNN telekanalının “Ərdoğan millətçiləri bir araya toplayır”,- başlıqlı təhlilində 14 mayda seçkiyə gedən Türkiyədə prezident Ərdoğanın ən yüksək prioritetinin millətçi kütlə olduğunu diqqətə çatdırılır. Ərdoğanın “ABŞ-a və Baydenə yaxşı dərs verək”,- deyərək Vaşinqtonu hədəfə aldığı qeyd edilən məqalədə Türkiyə liderinin milliyyətçi ritorikasını ABŞ ətrafında yayacağı iddia olunur.

ABŞ-ın Yunanıstana verdiyi silahların Türkiyə mətbuatında tez-tez yer aldığının yazıldığı təhlildə, xüsusilə türklərin Amerika silahlarının Egey adalarında qalaqlandığını dedikləri vurğulanıb.

Qeyd olunur ki, xəbəri iki cür oxumaq mümkündür: Türkiyə Egeydə qüvvələr balansı üçün Yunanıstanın silahlanma qaydasından xilas olmasını görmək istəmir. Üstəlik, Sevr sindromu daim diqqətdə saxlanılır və Yunanıstan bu işdə Troya Atı rolundadır.

Ərdoğanın çox yaxında millətçilik kartını güclü şəkildə oynayacağı proqnozlaşdırılır və müxalifət blokunun namizədi Kılıçdaroğlunun da oxşar taktikadan yararlanacağı bildirilir.

İsrailin "Yerusəlim Post" qəzetində Türkiyə əleyhinə təhlilləri ilə tanınan Seth Frantzman "Türkiyə niyə ABŞ-ı yenidən yerə yıxdı?" sualı ətrafında analiz qurur. Təhlildə yazılır:

“ABŞ-ı Kiprlə bağlı pisləmək, ABŞ səfirinə soyuq münasibət bəsləmək və Putinə sarılmaq, hətta o, hərbi cinayətlərdə ittiham olunduqdan sonra belə, Ankaranın gərginliyi artırması prosesinin bir hissəsi ola bilər. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ı Kiprlə razılığa gəlməyə məcbur edərkən, eyni zamanda, dövlət mediasında ABŞ tənqid olunur”.



Müəllifin fikrincə, Ankara ABŞ və Cənubi Kiprin Şimali Kipr Türk Cümhuriyyətinə zərər vermək üçün birlikdə çalışdığını düşünür. Mediada Kipr gərginliyi ilə bağlı xəbərlərin yayılmasının səbəbi adada real dəyişiklik deyil, daha çox Ankaranın ABŞ-la gərginliyi qızışdırmaq üçün bundan istifadə etməsidir.

“Türkiyə niyə ABŞ-ın arxasınca gedir?”,- sualını verən israilli yazıçı, Ankara terrorla mübarizə apararkən Vaşinqton tərəfindən dəstəklənmədiyi tezisini təkrarlayır.

Bundan başqa, Suriya ilə münasibətlərin normallaşdırılması mövzusu da var. Türkiyə, Suriya, Rusiya və İran bir masa arxasında oturacaq:

“Rusiya dövlət mediasında yer alan xəbərlərdə Ərdoğanın indi ABŞ səfiri Fleykə qapıları bağladığı yazılır”.

Türkiyə mətbuatı Ərdoğanın Akkuyu atom elektrik stansiyasının açılışında Rusiya lideri Putini qəbul edə biləcəyini yazıb. Bu, məhz Türkiyənin bazasıdır. Bu, Türkiyənin bəzi rəsmiləri görüşmək üçün Moskvaya göndərdiyi bir vaxtda baş verir.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər