12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ-Çin gərginliyi... - Avropa Ukraynaya dəstəyin azalacağından narahatdır
Tarix: 04-04-2023 15:05 | Bölmə: Slayd
ABŞ-Çin gərginliyi... - Avropa Ukraynaya dəstəyin azalacağından narahatdır

“Madriddə keçirilən NATO sammitində ABŞ prezidenti Co Bayden Amerikanın müttəfiqlərinə və Ukraynaya “nə qədər lazımdırsa” dəstək verəcəyini vəd edib. Bu sözlər ABŞ siyasətinin vektorunu müəyyən edə bilər, ancaq müvəqqətidir. Çünki ABŞ-ın diqqəti tədricən Çinlə qlobal rəqabətin yeni şəraitində işləməyə yönəlir. Üstəlik, Baydenin növbəti 2024-cü il prezident seçkilərində qalib gəlmək şansı azalır”.

Bunu Reyting.az-a Azərbaycan Kommunist Partiyasının rəbəri Ədalət Abdinov deyib.

Onun sözlərinə görə, artıq bir çox avropalılar Vaşinqtonun müttəfiqləri və Ukraynanı dəstəkləmək strategiyasının həyat qabiliyyətini şübhə altına almağa başlayıblar.

Ə. Abdinov əlavə edib ki, ABŞ qanunvericiləri və siyasi spektrdə 2024-cü il prezidentliyə namizədlər ABŞ-ın Çinə daha sərt yanaşması və böyük güclərin rəqabəti dövrünə hazırlıqla geniş şəkildə razılaşırlar: “Bu isə Avropanı əsəbiləşdirir: çünki Bayden getdikdən sonra onların Ukraynada uzun sürən hərbi münaqişə ilə unudulmuş vəziyyətdə üz-üzə durmaq ehtimalı çoxalır.

Avropalı yüksək rütbəli məmurlar Ukrayna məsələsində ABŞ rəhbərliyinə sarsılmaz etimad nümayiş etdirirlər. Lakin bağlı qapılar arxasında daha çox siyasətçi gələcək dəyişikliklərlə bağlı narahatlığını ifadə edir. ABŞ-ın Çinə qarşı yaxınlaşan yeni Soyuq müharibəsi Ukraynaya və Avropa əməliyyat teatrına siyasi diqqəti poza, hərbi resurslar yenidən bölüşdürülə bilər”.

Partiya rəhbəri sonda diqqətə çatdırıb ki, ABŞ Ukraynanı əbədi olaraq arxasınca dartmayacaq. Yəni Ukrayna böhranı uzandıqca Amerikanın Kiyev rejimini dəstəkləməsinə maraq və motivasiya azalır.

ELÇİN




Bölməyə aid digər xəbərlər