12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Üçüncü Dünya müharibəsi təhlükəsi realdır - Nazir
Tarix: 05-04-2023 01:03 | Bölmə: Slayd
Üçüncü Dünya müharibəsi təhlükəsi realdır

“NATO xarici işlər nazirlərinin Brüssel görüşü Ukrayna münaqişəsi ilə bağlı yeni Dünya müharibəsi təhlükəsinin kifayət qədər real olduğunu təsdiqləyir”. Reyting.az “RİA Novosti” istinadla bildirir ki, bunu Macarıstanın xarici işlər və xarici əlaqələr naziri Peter Siyarto deyib.

P. Siyarto təəssüflə qeyd edib ki, bugünkü çıxışlar (Brüssel görüşünü nəzərdə tutur-red.) daha bir Dünya müharibəsinin yaxınlaşdığını göstərir.

Nazir həmkarlarını Şimali Atlantika Alyansı ilə Rusiya arasında birbaşa toqquşmanın yolverilməzliyi barədə xəbərdar edib. “Xüsusilə, NATO Kiyevə kollektiv əsasda silah verməməlidir”, - deyən Macarıstan XİN rəhbərinin sözlərinə görə, hadisələrin bu cür inkişafı “Dünya müharibəsinə gətirib çıxaracaq”.


Peter Siyarto

P. Siyarto diqqətə çatdırıb ki, Ukraynanın xarici işlər naziri D. Kulebanın NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşünə dəvət edilməsi alyansın birliyinə xələl gətirir. O, həmçinin Kiyevin Transkarpatiyada macar azlıqların hüquqlarını pozduğu müddətdə Budapeşt Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını dəstəkləməyəcək.

Siyarto xatırladıb ki, Ukraynada yüzə yaxın macar məktəbi Ukraynanın təhsil qanununa görə bağlanmaq təhlükəsi ilə üzləşib. Nazirin sözlərinə görə, 2015-ci ildən Ukraynada qəbul edilən bir sıra qanunlar azlıqların öz ana dilindən istifadə hüquqlarını pozur.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər