12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Molla rejiminin təxribatları ABŞ-ın Azərbaycana hərbi yardımını artıracaq
Tarix: 05-04-2023 11:21 | Bölmə: Slayd
Molla rejiminin təxribatları ABŞ-ın Azərbaycana hərbi yardımını artıracaq

"İyirmi il ərzində ABŞ-ın Azərbaycan Respublikasına hərbi yardımı 418 milyon dollar, hərbi texnika və silahlar isə 56,2 milyon dollar civarında olub".

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, ABŞ Konqresindəki nüfuzlu erməni lobbisinin səylərinə baxmayaraq, təhlükəsizlik yardımı kifayət qədərdir. Amma Ermənistan və erməni lobbisi daima bunun qarşısını almaq istəyib.

R. Musabəyov ehtimal edir ki, İranın molla rejiminin təxribatçı davranışı və sərhəd xəttində hərbi əzələ nümayişi fonunda ABŞ-ın Azərbaycana hərbi yardımı xeyli artacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər