12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Hökumət kibertəhlükəsizliklə bağlı Milli Strategiyanı təsdiqləməyə tələsmir
Tarix: 05-04-2023 11:44 | Bölmə: Slayd
Hökumət kibertəhlükəsizliklə bağlı Milli Strategiyanı təsdiqləməyə tələsmir

"Proqram təminatı xarici ola bilər, amma onu işlədən mütləq yerli olmalıdır. Dünən Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə də bu məsələ öz əksini tapıb. Kritik qurumların təhlükəsizliyini qoruyan şirkət - kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, rəhbər heyəti, bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar".

Bunu Reyting.az-a Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz deyib.

O. Gündüz yerli kadrların bu sahədə işə cəlb olunmasını doğru yanaşma hesab edir: "Əgər söhbət strateji dövlət və özəl sektorun datasının və şəbəkəsinin real vaxtda monitorinqindən, izlənilməsindən gedirsə, bunun yerli qurumlar tərəfindən gerçəkləşməsi doğru yanaşmadır. Bu sahədə istifadə edilən proqram məhsullarının da tədricən daha çox yerli olmasına diqqət yetirilməlidir”.

Mərkəz rəhbəri əlavə edib ki, kritik qurumların siyahısı DTX və XRİTDX-nin təklifləri əsasında Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək. “Xeyli müddətdir ki, hazır olduğu bildirilsə də, bu siyahılar hələ təsdiqlənməyib. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı Milli Strategiya da uzun müddətdir hökumətə təqdim olunmasına baxmayaraq indiyədək təsdiq edilməyib",- deyə O. Gündüz yekunlaşdırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər