12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putinin cangüdəni İstanbul üzərindən Qərb ölkəsinə qaçıb
Tarix: 05-04-2023 12:02 | Bölmə: Slayd
Putinin cangüdəni İstanbul üzərindən Qərb ölkəsinə qaçıb

Federal Mühafizə Xidmətində (FSO) işləyən, Rusiyada dövlət məmurlarının müdafiəsinə cavabdeh olan və prezident Vladimir Putinin mühafizəçisi Qleb Karakulovun İstanbul üzərindən Qərb ölkəsinə qaçdığı müəyyən edilib.

Reyting.az
xəbər verir ki, 35 yaşlı kapitan Q. Karakulov FSO-nun Prezident Kommunikasiya Şöbəsində işləyib və ötən ilin oktyabrında Qazaxıstana işgüzar səfərindən sonra Türkiyə vasitəsilə təhlükəsiz Qərb ölkəsinə (Bəzi mənbələr Avropaya qaçdığını iddia edir-red.) sığınıb.

Məlumata görə, bu qaçış Rusiya-Ukrayna müharibəsi fonunda baş verib.


Q. Karakulov

Britaniya mətbuatı yazır ki, Karakulov prezident Putinin ən çox COVİD-19-dan qorxduğunu ifadə edərkən, işçilərindən, mühafizəçilərindən və kabinetindən təcrid olunmuş həyat sürdüyünü deyib.

Putinin sui-qəsd ehtimalı ilə bağlı paranoyak olduğunu iddia edən Karakulov bildirib ki, Rusiya prezidenti qərblilərin onun danışıqlarına qulaq asacağından da etiyatlanır.

ELÇİN




Bölməyə aid digər xəbərlər