12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Pedofillərin böyük şəbəkəsi ifşa edilib - Fotolar
Tarix: 06-04-2023 15:51 | Bölmə: Slayd
Pedofillərin böyük şəbəkəsi ifşa edilib

Dünyada ən böyük pedofil (uşaqbaz) şəbəkəsi çökdürülüb. Reyting.az xəbər verir ki, sözügedən şəbəkədə 12 yaşlı uşaqlara qarşı iyrənc və qəddar zorakılıqda təqsirli bilinən 21 şəxsdən 8-i qadındır.

Dəstə üzvləri on ildən artıq müddət ərzində Britaniyanın Vulverhempton və Uolsolls şəhərlərində fəaliyyət göstərib, 7 uşağı dəhşətli zorakılığa məruz qoyublar. Üç ayrı iş üzrə araşdırma zamanı uşaqların sistemli şəkildə cinsi təcavüzə məruz qaldıqları müəyyən edilib.

İstintaqın rəhbəri, dedektiv baş nəzarətçi Paul Drover deyib ki, bu, çətin və mürəkkəb araşdırma olub və ən böyük araşdırma kimi qeydə alınıb:

"Lakin bunun mərkəzində təkcə fiziki deyil, həm də psixoloji cəhətdən ən iyrənc, vəhşicəsinə zorakılığa məruz qalmış və onları həddindən artıq travma içində qoyan yeddi uşaq dayanır".

Müttəhimlərin heç birinin əməllərindən peşman olmadıqlarını deyən baş prokuror Joanne Jakymec bildirib ki, bu işdə son dərəcə ağır cinayətlər törədilib: "Bu, qurbanların fiziki və psixoloji əziyyət çəkməsinə səbəb olub. Törətdiklərini etiraf edən cinayətkarlardan biri istisna olmaqla, qalanları əməllərindən zərrə qədər də peşman deyillər”.

Məlumata görə, 32 yaşlı Metyu Evans uşaqlara qarşı cinsi zorakılıqda iki dəfə təqsirli bilinir.

66 yaşlı Con Qriffits uşaqlara qarşı cinsi zorakılıqda iki dəfə təqsikar olub.

66 yaşlı Violet Griffithsi iki dəfə uşaqlara qarşı cinsi zorakılıqda ittiham ediblər.

38 yaşlı Ceyms Evans uşaqlara qarşı cinsi zorakılıqla bağlı 20 cinayətdə təqsirli bilinib və minimum 18 il olmaqla ömürlük həbs cəzası alıb.

36 yaşlı Kirsti Uebb uşaqlara qarşı cinsi zorakılığın 5 maddəsi üzrə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

34 yaşlı Mark Smit uşaqlara qarşı cinsi istismarla bağlı 4 cinayətdə təqsirli bilinərək 19 il müddətinə həbs cəzası alıb, daha sonra cəzası 6 il (ümumilikdə 25 il) uzadılıb.

Digər pedofillər də müxtəlif cəzaya məruz qalıblar.



V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər