12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Bakı və Tbilisi Bakı-Supsa neft kəmərindən istifadə üçün razılığa gəlsə... - Deputat
Tarix: 08-04-2023 10:02 | Bölmə: Slayd
Bakı və Tbilisi Bakı-Supsa neft kəmərindən istifadə üçün razılığa gəlsə...

"Prezident İlham Əliyev Qəbələdə Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə müzakirələr apardı. Görünən odur ki, “Orta dəhliz” adlanan irimiqyaslı layihələr-Azərbaycan qazının Avropaya nəqlinin artırılması, Qazaxıstan neftinin nəqli, “Qara dəniz elektrik kabeli”, Bakı-Tiflis-Qars dəmir yolunun genişləndirilməsi danışıqlarda diqqət mərkəzində olub".

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov xatırladıb ki, bütün bu məsələlər prezident Əliyevin ötən ilin oktyabrında Gürcüstana işgüzar səfəri zamanı da qarşılıqlı formada ilkin müzakirə edilib: "İndi konkret öhdəliklər, protokollar, investisiyalar və tədbirlər zamanıdır. Qəbələdə Azərbaycan-Gürcüstan danışıqları prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstana elan olunmuş işgüzar səfərindən və onun prezident Tokayevlə danışıqlar aparacağından əvvəl keçirilib. Bu da müsbət haldır, sistemli yanaşmadır".

Deputat diqqətə çatdırıb ki, əgər Bakı və Tbilisi dayanmış Bakı-Supsa neft kəmərindən istifadədə qarşılıqlı məqbul tariflər barədə razılığa gəlsələr, o zaman Qazaxıstan neftinin nəqli üçün uzunmüddətli əsaslara keçmək mümkün olar: "Göstərilən planların uğurla həyata keçirilməsi Tbilisi, Bakı və Astana arasında strateji tərəfdaşlıq səviyyəsini bütün iştirakçıların qarşılıqlı faydası üçün yeni səviyyəyə qaldıracaq".

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər