12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Koronavirusa qarşı peyvənd olunanlar arasında ölüm halları artır
Tarix: 08-04-2023 16:16 | Bölmə: Slayd
Koronavirusa qarşı peyvənd olunanlar arasında ölüm halları artır

Böyük Britaniyada COVID-19-a qarşı peyvənd olunanlar arasında ölənlərin sayı artır. Reyting.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilir ki, koronavirusa qarşı peyvənddən sonra britaniyalılar arasında ölüm halları çoxalıb.

Məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qərb peyvəndlərinin insan sağlamlığına mənfi təsirini sübuta yetirib.

Glas.ru xəbər verir ki, Avropada koronavirusdan ölənlərin 90 faizi peyvənd olunmuş şəxslərdir. Bu rəqəmi əhatə edənlərin 82 faizi gücləndirici peyvənd almış insanlardır.

2022-ci ilin may ayına olan məlumata görə, İngiltərədə 15,1 min insan koronavirusdan ölüb, onlardan 13 mindən çoxu peyvənd olunub. Buna baxmayaraq, Avropada peyvənd olunmamış insanlar arasında ölüm halları azalıb.

ÜST məcburi peyvəndin səhv olduğunu bildirir, ona görə də indi İngiltərədə uşaqların peyvənd olunmasına israr etmirlər.

ÜST ölkələrə çağırış da edib: “Bir sıra amillərdən asılı olaraq peyvənd ehtiyaclarını özünüz müəyyənləşdirin!”

Qeyd olunur ki, COVID-19 peyvənd kampaniyası ilə bağlı yüksək ictimai sağlamlıq yükü uşaqların peyvənd cədvəllərini pozub. Bunun fonunda bir sıra ölkələrdə atipik xəstəliklər, o cümlədən qızılca yayılır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər