00:13 / 16-06-2025
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

Yeni dünya nizamı: Qlobal Cənub həlledici amilə çevrilir
Tarix: 08-04-2023 23:57 | Bölmə: Slayd

Avropa və ABŞ Ukraynanın işğalının dünya müharibəsi olduğuna qəti şəkildə inanır. Eyni zamanda, dünya əhalisinin üçdə ikisi Rusiyanı fəal şəkildə qınamayan ölkələrdə yaşayır. Əslində bu məsələdə Qlobal Cənub ölkələri Ukraynadan daha çox Rusiyaya dəstək verirlər. Finlandiyanın keçmiş baş naziri Alexander Stubb bunu "oyanış zəngi" adlandırıb.
Reyting.az-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, Transmilli İdarəetmə Məktəbinin direktoru bildirib ki, 40 ölkənin Moskvaya qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Afrikadan və Latın Amerikasından sıfır ölkə, Asiyadan isə yalnız iki-üç ölkə bunu bacarıb.
Keçən həftə Moskva öz xarici siyasət konsepsiyasını açıqlayıb. Konsepsiyada Çin və Hindistan əsas tərəfdaşlar adlandırılıb, Afrika və Latın Amerikası ilə əlaqələri genişləndirmək planlarının vacibliyi diqqətə çatdırılıb.
Görəsən, Ukraynanı dəstəkləməklə ABŞ və Avropa döyüş meydanında məğlub olmaq riski ilə üzləşmir ki? Və yaxud yeni dünya nizamı müharibənin nəticəsini müəyyən edəcəkmi?
Qlobal Qərbin liberal, normalara əsaslanan sistemi öz hüdudlarına çatırmı və onu Qlobal Şərqdə Çin və Rusiyanın müdafiə etdiyi kimi statik, avtoritar sistem əvəz edəcəkmi?
Qlobal Cənubun Ukraynadakı müharibə ilə bağlı mövqeyi necədir?
Qlobal Cənubda vəziyyət xüsusilə təsirlənmir. “Latın Amerikası ölkələri “Xeyr, bu bizim müharibəmiz deyil”,- deyirlər”, - deyə “Chatham House” beynəlxalq beyin mərkəzinin Latın Amerikası üzrə baş elmi işçisi Kristofer Sabatini bildirib. Eyni zamanda, Ukraynaya silah göndərəcəkləri ilə bağlı Qərbin ümidləri Latın Amerikası ölkələri tərəfindən tez bir zamanda rədd edilib.
Paralel olaraq Rusiya və Çin arasında müttəfiqlik daha da güclənir, ən azı Çin sədri Si Cinpinin Moskvaya səfəri sayəsində. Və bu səfər, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin müharibə cinayətlərinə görə həbsinə order verməsindən bir neçə gün sonra baş verir ki, bu da Çinin bu müharibədə neytral olmadığını göstərir.
A. Stubbın izah etdiyi kimi, emosiya məsələsi Qlobal Cənubdakı bir çox ölkələrin tarixi ilə bağlıdır. Əsasən barmağını Avropaya və ABŞ-a işarə edərək deyirlər ki, "Gəlib bizə ərazi bütövlüyü və suverenlik haqqında mühazirə oxumayın. Görün müstəmləkə günlərində nə etdiniz. Yaxud İraqda nə baş verdi".
Güc Qlobal Cənubdadır
Qlobal Cənub ölkələrinin Qlobal Qərbə və ya Qlobal Şərqə qoşulmaq üçün birləşmələri çətin hesab olunur. Stubb bildirib ki, Qlobal Cənubun sözü "həlledicidir", lakin o, seçmək istəmir. "O, bu iki qütb arasında sarkaç kimi yellənəcək. Qlobal Cənub ölkələrinin iqtisadiyyatı, resursları və dünyanın hansı istiqamətdə hərəkət edəcəyini müəyyən etmək gücü var", - Stubb deyib.
Görəsən, yeni dünya nizamı yarada biləcək şəkildə Qlobal Cənubla strateji əlaqələri qoruyub saxlaya bilirmi?
Çin Qlobal Cənubu necə cəlb edir?
Çin onilliklər ərzində xüsusilə investisiyalar və kreditlər şəklində öz təsirini təklif edir və həyata keçirir. Və onlar Dünya Bankından daha çevikdirlər və “şərtlər”lə yüklənmirlər.
Sabatini izah edir ki, Çin həm də Latın Amerikası malları üçün çox cəlbedici bazardır və o, həm də bir çox Latın Amerikası ölkələrinin infrastruktur sərmayəsindən məhrum olduğu bir şey təklif edir: “Və Braziliya və Argentina kimi ölkələrin buna çox ehtiyacı var”.
Eyni zamanda, Latın Amerikası ölkələri və liberal dünya nizamını yenidən qurmaq istəyənlər dəyərləri fərqli şəkildə müəyyənləşdirir və ya onlara baxırlar.
Sabatini deyir ki, Latın Amerikası üçün ümumilikdə insan hüquqlarının, qadınların, yerli xalqların və ya məsələn, LGBT icmasının hüquqlarının müdafiəsi son illərdə son dərəcə vacib hala gəlib:
“Latın Amerikası hökumətləri liberal siyasətin real faydalarını dərk etməlidirlər. Həmişə onların maraqlarına xidmət etməyən, lakin dövlətlərin hüquqlarının təmin edilməsi və ya beynəlxalq hüquq vasitəsilə insan hüquqlarının qorunması üçün effektiv platforma olan dünya nizamı”.
Qərb Qlobal Cənuba nə təklif edə bilər?
“Əgər Qərb bu vəziyyətdə qalib gəlmək istəyirsə, ona "daha layiqli xarici siyasət" lazımdır”,- deyə Stubb xəbərdarlıq edir. Bu, "yüksək əxlaqi standartları məhdudlaşdırmaq" və "Qlobal Cənubu cəlb etmək və ona hərəkət etmək imkanı vermək" cəhdini nəzərdə tutur. Stubb deyib: “Biz həddən artıq təkəbbürlü, çox paternalist və əxlaqlıyıq”.
Əslində Qlobal Cənubda heç bir ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü deyil. Onlar beynəlxalq gücə malik olan BVF-də və Dünya Bankında da demək olar ki, təmsil olunmurlar. Stubb onu da qeyd edir ki, Qlobal Cənub ölkələri ilə ticarət genişləndirilə bilər.
Beləliklə, geosiyasi dünya düzəninin gələcəyi Qlobal Cənubdan və Qərbin ona verməyə hazır olduğu əhəmiyyətdən, eləcə də Çinə qarşı siyasətindən asılıdır. Ursula fon der Leyen tamamilə Çinə həsr olunmuş ilk nitqində "Çin ilə əlaqələrimiz dünyanın ən mürəkkəb və vaciblərindən biridir", - deyib.
"Qərb liberal nizamı və müəyyən qaydalara əsaslanan nizamı saxlamaq istəyirsə, danışıqlar masasına oturmalı olacaq", - Stubb deyib. - Çinlilər liberal nizamı yox, bəlkə də tanış və qaydalara əsaslanan dünya nizamının bəzi elementlərini istəyirlər. Bu, tapmalı olduğumuz tarazlıqdır”.
Çinin və Qlobal Cənubun getdikcə daha çox ciddiyə alındığını Avropanın aparıcı siyasətçilərinin marşrutları da sübut edir: Almaniyanın xarici işlər naziri Annalena Baerbok vəzifəyə gəldikdən sonra Cənubi yarımkürə ölkələrini gəzir, onları Avropa və dünya üçün tərəfdaş kimi cəlb etməyə çalışır.
ABŞ-ın vitse-prezidenti Kamala Harris Afrika səfərini yenicə başa vurub və Fransa prezidenti Makron Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə Pekinə səfər edib.
Y. QACAR
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:13
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 15:09
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14-06-2025, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
14-06-2025, 08:51
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib