12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənilər Avropa İttifaqının mülki missiyasından şübhələnir - Politoloq
Tarix: 13-04-2023 11:21 | Bölmə: Slayd
Ermənilər Avropa İttifaqının mülki missiyasından şübhələnir

"Təmas xəttindəki son toqquşma Ermənistanın Avropa İttifaqına olan ümidlərini puça çıxarıb. Çünki baş nazir Nikol Paşinyan və onun nazirləri Avopa İttifaqının bir neçə yüz nəfərlik missiyasını iki illiyə təmas xəttində ona görə yerləşdirib ki, onlara arxalanaraq sərhədi öz bildikləri kimi formalaşdıracaqlarını və Azərbaycana qarşı təxribat törətdikdə əks-zərbəylə üzləşməyəcəklərini zənn edirlər".

Bunu Reyting.az-a politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, İrəvan hesab edirdi ki, Azərbaycan Avropa missiyasının bölgədə varlığını nəzərə alaraq Ermənistanın təxribatına cavab verməyəcək: “Amma yanıldılar. Avropa İttifaqının təmas xəttindəki missiyasının simvolik xarakter daşıdığı son toqquşma zamanı üzə çıxdı. Avropa İttifaqı prosesləri kənardan izləməyə üstünlük verməklə nə Ermənistanın təxribatlarında pay sahibi olmaq, nə də Azərbaycanla üz-üzə qalmaq istədi. Doğru qərardır".


Elxan Şahinoğlu

Politoloq əlavə edib ki, İrəvan Avropa İttifaqının missiyasının Brüssel üçün hazırladığı hesabatdan xəbərsizdir:

"Ermənistanda missiya ilə bağlı başqa bir mövzu da gündəmi zəbt edib. Ermənilər şübhəlidirlər ki, missiyanın Brüsselə göndərdiyi hesabatlar daha sonra tanışlıq məqsədilə Azərbaycana təqdim edilir. Ermənistan müxalifəti bu qənaətə gəlib ki, Avropa İttifaqı missiyasının təmas xəttindən hazırladığı hesabatlar daha sonra Bakıya ötürülürsə, bu, Azərbaycanın Ermənistanla bağlı məxfi məlumatlarla tanış olması anlamına gəlir. Belə bir vaxtda isə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova təmas xəttindəki son toqquşma ilə bağlı İrəvana bu səpgili mesaj göndərib: “Avropa İttifaqı missiyasını bölgədə yerləşdirəndə sonu belə olmalıydı...”

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər