12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ kəşfiyyatı Rusiyanın ən mühüm qurumlarına yol tapıb
Tarix: 13-04-2023 12:21 | Bölmə: Slayd
ABŞ kəşfiyyatı Rusiyanın ən mühüm qurumlarına yol tapıb

ABŞ administrasiyasını problemlə üzləşdirən sosial şəbəkələrə sızdırılmış məxfi sənədlər Rusiyada daxili qarşıdurmanın artdığını və ABŞ kəşfiyyatının Rusiyadakı mühüm qurumlarla gizli əlaqələrini üzə çıxarıb.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, ABŞ-da Ukrayna müharibəsi ilə bağlı məxfi hərbi sənədlərin sosial mediada dərci ilə bağlı böhran davam edir.

Birləşmiş Ştatların Müdafiə Nazirliyi isə bəyan edir ki, sızmanın ABŞ-ın milli təhlükəsizliyinə və müttəfiqlərinə təsirinin qiymətləndirilməsinə yönəlmiş qurumlararası araşdırmalar aparılır.

Xatırladaq ki, aprelin 7-də ortaya çıxan sənədlər arasında Ukrayna-Rusiya müharibəsinin təfərrüatları, müharibədə ABŞ kəşfiyyatının fəaliyyəti, ABŞ-ın İran və Çin üzərində monitorinqi, bəzi müttəfiqlərin danışıqlarının dinlənməsi də yer alır.

İctimailəşmiş sənədlərdə Ukraynada döyüşən Rusiya daxilindəki münaqişənin ölçüləri və ABŞ kəşfiyyatının Rusiya qüvvələrinə təsiri də diqqət çəkir.

“New York Times” qəzetinin yazdığına görə, 27 səhifəlik məxfi sənədlər göstərir ki, Rusiya administrasiyası daxilində Ukrayna müharibəsi ilə bağlı əvvəllər düşünüldüyündən daha böyük “vətəndaş müharibəsi” gedir. Buna əsasən, Rusiya kəşfiyyatı müharibədə həlak olan rus əsgərlərinin sayı barədə yalan məlumat verən orduya qəzəblənib. Qeyd edilir ki, ordunun itkiləri ilə bağlı məlumat verməməsi ölkə kəşfiyyatı daxilində iğtişaşlara səbəb olub.

Həmçinin sənədlərdə bildirilir ki, Rusiya lideri Vladimir Putin Ukraynada döyüşən muzdlu dəstə - “Vaqner”in yaradıcısı Yevgeni Priqojinlə müdafiə naziri Sergey Şoyqu arasında yaranmış böhranın həllinə şəxsən müdaxilə edib.

Sənədlərdə Putinin 13 aydan artıq müddətdə Ukraynada hərbi qələbə qazana bilməməsinə Moskvadakı daxili gərginliyin səbəb olduğu bildirilir.

Yeni sənədlərdən belə anlaşılır ki, ABŞ kəşfiyyatı Rusiyanın kəşfiyyat bölmələrinin və ordusunun demək olar ki, hər bir elementinə sızaraq orada möhkəmlənib. Qeyd olunur ki, ABŞ kəşfiyyatının Rusiyadakı fəaliyyəti nəticəsində Vaşinqton Moskvanın Ukrayna müharibəsi ilə bağlı planlarını əvvəlcədən öyrənir.

Onu da qeyd edirik ki, sızdırılan məxfi sənədlərə bir çox Qərb ölkələrinin xüsusi təyinatlılarının Ukraynada fəaliyyət göstərdiyini də üzə çıxarıb.

Y. QACAR
Reyting.az






Bölməyə aid digər xəbərlər