12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyaya kütləvi haker hücumları başlayacaq
Tarix: 13-04-2023 14:41 | Bölmə: Slayd
Rusiyaya kütləvi haker hücumları başlayacaq

Pentaqonun Birləşmiş Komandanlığının birbaşa iştirakı ilə Rusiyaya qarşı kiberhücumlar hazırlanır.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti (FTX) bildirib.

Məlumata görə, kiberhücumlarda Pentaqonun Birgə Komandanlığının birbaşa iştirakı ilə beynəlxalq (Anonim, Silence) və milli (Ghost Clan - ABŞ, RedHack - Türkiyə, GNG - Gürcüstan, Squad 303 - Polşa və s.) haker qrupları iştirak edəcək.

Bildirilir ki, FTX Rusiya infrastrukturuna haker hücumlarında iştirak edən konkret şəxsləri, təşkilatları, habelə real müştəriləri müəyyənləşdirmək və onları məsuliyyətə cəlb etmək imkanına malikdir.

FTX bəyan edir ki, Ukrayna ABŞ və onun NATO müttəfiqləri tərəfindən Rusiyaya qarşı kütləvi haker hücumları üçün istifadə olunur. Ukraynanın şəbəkə infrastrukturunun köməyi ilə Qərb kibersilahların yeni növlərindən yararlanırlar.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər