12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Paşinyan yenə iz azdırır
Tarix: 13-04-2023 20:27 | Bölmə: Slayd
Paşinyan yenə iz azdırır

“Biz əvvəlki tək bütün regional məsələlərin danışıqlar yolu ilə nizamlanması siyasətinə üstünlük veririk”.

Reyting.az
erməni saytlarına istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri bu gün hökumətin iclasında bəyan edib.

Nikol Paşinyan Ermənistan-Azərbaycan münasibətlərinin danışıqlar yolu ilə tənzimlənməsi siyasətinə sadiq qaldıqlarını açıqlayıb.

“Bütün çətinliklərə baxmayaraq, biz əvvəl dediyimiz prinsiplər əsasında regional və iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpasına hazırıq. Eləcə də Praqa və Soçi razılaşmalarına söykənərək sərhədin delimitasiya edilməsi məsələsində də qərarlıyıq”, -deyən Paşinyan Bakının təklif etdiyi sülh sazişinin mətninə hansı əlavələri etməyə iddialı olduğunun üstündən sükutla keçib. O, həmçinin Azərbaycanla şərti səhəddə törətdikləri son təxribata münasibət bildirməkdən çəkinib.

Özünü daxildə bir cür, kənarda isə tamam ayrı cür aparan, Qərblə Şərq arasında vurnuxmaqda davam edən Paşinyan niyə yenidən Kremlin qanadı altına sığınmasına da aydınlıq gətirməyib. Hər şeydən göründüyü kimi, xarici qəyyumlarının dirijor çubuğu ilə oturub-duran, diasporanın təhdidlərindən cana doyan erməni baş nazir hələ də revanşist-daşnakların diqtəsindən qurtula bilməyib. Əgər belə olmasaydı, o, Bakının artıq neçənci dəfə uzatdığı xoşməramlı əlini sıxmağa özündə cəsarət tapardı.

Y. QACAR
Reyting.az






Bölməyə aid digər xəbərlər