12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Belarus Rusiyanın nüvə silahını qəbul etməyə hazırlaşır
Tarix: 14-04-2023 16:06 | Bölmə: Slayd
Belarus Rusiyanın nüvə silahını qəbul etməyə hazırlaşır

Belarus respublika ərazisində Rusiyanın strateji nüvə silahlarının yerləşdirilməsi üçün ərazilər hazırlayır.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin Brest vilayətindəki poliqonda deyib.

Onun sözlərinə görə, Belarus taktiki nüvə silahlarının yerləşdirilməsi üçün hazırlığı demək olar ki, başa çatdırıb.


V. Xrenin

Müdafiə naziri bildirib ki, bunun üçün avadanlıq hazırlanıb - bunlar nüvə silahı daşıya bilən təyyarələrdir: “Eyni zamanda pilotları öyrətmişik. Biz nüvə başlıqları olan raketlərdən istifadə edə bilən ən müasir "İsgəndər" kompleksini almışıq".

Xrenin əlavə edib ki, “Qərbin ritorikası belə aqressiv davam edərsə”, onlara cavab strateji nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi olacaq.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər