12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Baydenin planlarına qarşı ittifaq yaradılıb
Tarix: 17-04-2023 15:49 | Bölmə: Slayd
Baydenin planlarına qarşı ittifaq yaradılıb

Rusiya və Səudiyyə Ərəbistanı ABŞ prezidenti Co Baydenin 2024-cü ildə yenidən prezident seçilməsinə qarşı riskli “neft ittifaqı” yaradıblar.

Reyting.az
xəbər verir ki, bu barədə populyar nəşr olan “Bloomberg” yazıb.

ABŞ-ın 2020-ci ildə OPEC üzvləri arasında qiymət mübahisəsində “sülh yaradan” rol oynadığı xatırlanır, bildirilir ki, bu gün Vaşinqton alyans iştirakçıları üçün “hədəf”ə çevrilib.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı ilə Rusiyanın “neft ittifaqı” ABŞ iqtisadiyyatı və hətta Baydenin yenidən prezident seçilməsi üçün problemlər yaratmaq potensialına malikdir.



“Bloomberg” Rusiya və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi gücləndirilmiş OPEC+ qrupunun neft qiymətləri, inflyasiyanın və tənəzzül risklərinin artması üçün həyəcan təbili çalır.

Aprelin 2-də elan edilən neft hasilatının azaldılması qərarının neftin qiymətini təxminən 5 dollar artırdığı xatırlanır. Proqnozlara görə, hasilatın azaldılması inflyasiyanı və tənəzzül risklərini daha çox artıracaq. Bu isə enerjiyə daha çox pul xərcləyən istehlakçılara digər ehtiyacları üçün maddi problemlər yarada bilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər