12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Katolik kilsəsi 706 uşağın cinsi istismarına görə üzr istəyib
Tarix: 18-04-2023 20:54 | Bölmə: Slayd
Katolik kilsəsi 706 uşağın cinsi istismarına görə üzr istəyib

İspaniyada Katolik kilsəsinin ali qurumu-İspan Yepiskoplar Konfransının (CEE) prezidenti və Barselona kardinalı Xuan Xose Omella keçmişdə kilsənin uşaqlara qarşı cinsi istismarı ilə bağlı günahları etiraf edib.

Reyting.az
xəbər verir ki, kardinal Madrid kilsəsində keçirilən iclasda kilsənin uşaqlara qarşı cinsi istismarından danışıb.

“Qurbanlardan səmimi və təvazökarlıqla üzr istəyirik. Biz bu böyük günah üçün bağışlanma dilədik və bunu istəməyə davam edəcəyik. Amma bağışlanma diləmək kifayət etmir, biz bu bəlanın cəmiyyətimizdən silinməsini istəyirik. Bu səbəbdən hakimlərlə, prokurorluqla, ombudsmanla əməkdaşlığı davam etdiririk, əlimizdə olan bütün məlumatları veririk və protokollarımızı hərəkətə gətiririk. Biz bu yaranın cəmiyyətimizdən tamamilə silinməsini istəyirik”, - deyə kardinal əlavə edib.



Omella deyib ki, kilsə Avropada hər beş uşaqdan birinə təsir edən bu bəlaya qarşı mübarizəyə rəhbərlik etmək istəyir:

“Heç bir məsuliyyətimizdən çəkinmədən, təəssüf edirik ki, bu ağrılı məsələ hazırda qlobal miqyasda həll olunmur. Biz bu dramın kilsə səltənəti daxilində təhlilinə israr edirik”.

Xatırladaq ki, mart ayının sonunda Ombudsman təsisatına təqdim edilən və ictimaiyyətlə paylaşılan hesabatda 1945-ci ildən bəri İspaniya Katolik Kilsəsi daxilindəki müəssisələrdə uşaqlara qarşı cinsi zorakılığa dair 706 ittihamın olduğu açıqlanıb. Bildirilib ki, hesabatda yer alan 706 hadisədən 186-sı son dövrə aiddir.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər