12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Baş nazir ali təhsillə bağlı qərar verib - Yenilənib
Tarix: 20-04-2023 09:51 | Bölmə: Slayd
Baş nazir ali təhsillə bağlı qərar verib

Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı genişləndirilib.

Reyting.az
xəbər verir ki, Azərbayanın baş nazirin Əli Əsədovun qərarına əsasən, XTB050109 Dövlət təhlükəsizliyi və idarəetmə ixtisası ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatına əlavə edilib.

***

Qeyd qedək ki, ali təhsilin magistratura səviyyəsi üzrə də bəzi ixtisasların təsnifatı artırılıb.

Bu, Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaş-maların) Təsnifatı”nda edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən “XTM060011** Dövlət təhlükəsizliyi və idarəetmə - Dövlət təhlükəsizliyi və idarəetmə (sahələr üzrə)” ixtisası bu təsnifata əlavə edilib. Eyni zamanda qərara əsasən, Bu ixtisaslaşmaya aldıqları ixtisasdan asılı olmayaraq ali təhsilli hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının qəbul prosedurlarına uyğun olaraq magistraturaya qəbul oluna biləcəklər.

***

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının magistraturalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçəcəklər.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları” nda etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər sadəcə “ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının magistraturalarına və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan “İdman jurnalistikası”, “Menecment (idman sahəsi üzrə)”, “İdman tibbi və reabilitasiya” ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməli idilər. Başqa sözlə, bu siyahıya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası da əlavə edilib. Eyni zamanda qərara əsasən, Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda nəzərdə tutulduğu hallarda xüsusi təyinatlı ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyən bakalavrlara ali təhsilin bakalavriat səviyyəsində aldıqları ixtisasdan asılı olmayaraq həmin ixtisaslaşmaları seçmək hüququ veriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər