12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Yadplanetlilərlə bağlı yeni araşdırma aparılır
Tarix: 20-04-2023 13:49 | Bölmə: Slayd
Yadplanetlilərlə bağlı yeni araşdırma aparılır

Pentaqon (Müdafiə Nazirliyi) uçan naməlum obyektlərlə (UNO) bağlı 650-dən çox məlumatı araşdırır. Reyting.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin All Fields Anomaliyalarının Həlli Ofisinin direktoru Sean Kirkpatrik deyib.

Ötən ilin avqust ayında yaradılmış ofisin fəaliyyətini şərh edən S. Kirkpatrik Senatın Silahlı Qüvvələr Komitəsində yeni təhdidlər və imkanlar haqqında dinləmələr zamanı bildirib ki, hələlik əllərində olan 650-dən çox hadisədən yarısının araşdırılmasına üstünlük veriblər.

Qeyd edək ki, Milli Kəşfiyyat İdarəsinin yanvarın 12-də açıqladığı hesabata görə, müəyyən edilmiş UNO-ların ümumi sayı 510-dur.

Kirkpatrik sessiyada iki məxfi görüntünü nümayiş etdirib.

İlk videoda 2022-ci ildə Yaxın Şərqdə MQ-9 dron kamerasının ekranından keçən kiçik kürə göstərilib. Kamera obyekti hərəkət edərkən izləyib və sözügedən obyekt bir neçə dəfə kadra daxil olaraq çərçivədən çıxıb.

Kirkpatrik izah edib ki, bu obyektin nə olduğu hələ müəyyən edilməyib, çünki videodan başqa heç bir sübut olmadığı üçün onu dəqiq müəyyənləşdirmək mümkün deyil.

İkinci videoda bu ilin əvvəlində Cənubi Asiyada iki MQ-9-un yanından uçan bir obyekt göstərilib. Ofis rəhbəri diqqətə çatdırıb ki, obyektin əvvəlcə “həqiqətən qeyri-adi” olduğuna inansalar da video-kadr kadrlara bölündükdə onun pilotsuz təyyarənin “kölgə şəkli” olduğu müəyyən edilib.

Kirkpatrik əllərindəki məlumatlar arasında yadplanetlilərin həyatına dair heç bir dəlil olmadığını vurğulayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər